Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

20 Noyabr

2019
17:33
Qocaya yardım etdi, onu da üz-gözünə bulaşdırdı

Nəsimi rayonu, M.Qaşqay küçəsi, ev 20 ünvanında yaşlı qadına qarşı quldurluq edilib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Nəsimi RPİ-nin 21-ci Polis Bölməsinə müraciət edən zərərçəkən binanın girişində ona naməlum şəxsin hücum etdiyini, zorakılıq hərəkətləri ilə əlindəki içərisində 3200 manat, şəxsi sənədlər, bank kartları və bir ədəd “Samsung” markalı mobil telefon olan çantanı talayıb qaçmaqla quldurluq cinayəti törətdiyini bildirib. Bakı şəhər Baş Polis İdarəsi və Nəsimi RPİ 21-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş paytaxt sakini Mirzə Əliyev saxlanılaraq istintaqa təqdim edilib. Araşdırma zamanı saxlanılan şəxsin qeyd edilən hadisədən bir neçə ay əvvəl zərərçəkən qadına qarşı başqa cinayət törətdiyi də müəyyən edilib.

Belə ki, Mirzə Əliyev 13 sentyabr 2019-cu il tarixində həmin qadın Nəsimi rayonundakı marketlərdən birindən çıxarkən ona əlində olan paketləri daşımağa kömək etmək adı ilə yaxınlaşıb. Paketləri evə qaldırandan sonra zərərçəkən qadın Mirzə Əliyevə su gətirmək üçün mətbəxə keçən zaman o, xanımın içərisində 2350 manat olan çantasını oğurlayaraq hadisə yerindən qaçıb. Sonuncu dəfə isə qadını bankomatdan pul çıxaran zaman görən Mirzə Əliyev onu təqib edərək binanın girişində ona hücum edib.

Qeyd edək ki, Mirzə Əliyev barəsində Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 1771. (oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama) və 181.2.2 (quldurluq, yəni özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın, təkrar törədildikdə) maddələri ilə cinayət işi başlanılıb. Bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, ərazi üzrə polis idarə, şöbə və ya bölmələrinə müraciət edə bilərlər.

Məqalədə : oğurluq quldurluq 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
42666

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
41020

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
42553

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
42069

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
47572

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
41995

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
42386
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-09-2020 08:56





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru