Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 Noyabr

2019
15:50
`Nar`ın sosial layihəsi nüfuzlu beynəlxalq müsabiqədə qalib oldu

Həyata keçirdiyi sosial əhəmiyyətli layihələri ilə seçilən “Nar”, böyük uğura imza ataraq Azərbaycanı təmsil edən ilk şirkət kimi beynəlxalq səviyyəli müsabiqədə mükafata layiq görülüb. Belə ki, noyabrın 12-də Rusiyanın paytaxtı Moskvada keçirilmiş Eventiada IPRA Golden World Awards 2019 müsabiqəsinin mükafatlandırma mərasimində “Nar”ın “Təlim Məktəbi” layihəsi “KSM üzrə ən yaxşı layihə” nominasiyasında qalib olub. Qeyd edək ki, bu nominasiya uğrunda mübarizədə mobil operator “Nestle” və “Volkswagen” kimi nüfuzlu şirkətlərin layihələrini geridə qoyaraq birincilik əldə edib. 

“Müştəriyönümlu mobil operator olaraq KSM strategiyamızın təməlində cəmiyyət üçün dəyər yaratmaq və sözün həqiqi mənasında faydalı olmaqla insanların həyatında müsbət dəyişikliklərə səbəb olmaq dayanır. “Təlim Məktəbi” layihəsi ilə biz fiziki məhdudiyyətli insanların peşəyə yiyələnməsinə və cəmiyyətə inteqrasiyasına öz töhfəmizi veririk. Şadam ki, bu layihə öz missiyasını uğurla yerinə yetirdi və ilk dəfə olaraq Azərbaycanı təmsil edən bir şirkət bu nüfuzlu platformada yüksək qiymətləndirildi”, - deyə mükafatlandırma mərasimində çıxış edən “Nar”-ın İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Əziz Axundov bildirib. 

Müsabiqə yüksək standartlara, innovativ yanaşmaya, planlaşdırma və həyata keçirilmə keyfiyyətinə görə ən yaxşı kommunikasiya layihələrini dəyərləndirir. Bu il Rusiya, MDB, Şərqi Avropa və Mərkəzi Asiyadan 13 ölkəni təmsil edən dövlət və ictimai təşkilatlar, eləcə də özəl şirkətlərin ictimaiyyyətlə əlaqələr sahəsində layihələri yarışıb. Qeyd edək ki, bütün layihələr müsabiqənin Ekspertlər Şurası tərəfindən qiymətləndirilir. Burada iri beynəlxalq şirkətlərdən, nüfuzlu universitetlərdən və dövlət qurumlarının PR şöbələrindən peşəkar mütəxəssislər təmsil olunur. 

Məqalədə : Nar 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Britaniyada Asanjın taleyi həll olur

14

Dekabr
15:48
DÜNYA
339

Elvin İsayev Azərbaycana deportasiya edildi

14

Dekabr
15:37
HÜQUQ,HADİSƏ
549

Bazar günü hava yağmursuz olacaq

14

Dekabr
13:04
ÖLKƏ
1569
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-12-2019 05:46



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru