Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

20 Noyabr

2019
15:46
Şagirdlər yaşadıqları ərazilər üzrə araşdırma aparacaqlar

Ümumi təhsil müəssisələrinin şagirdləri arasında “Gəlin tanış olaq!” müsabiqəsi keçiriləcək.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, müsabiqə şagirdlərin azərbaycançılıq məfkurəsi əsasında tərbiyə edilməsi, milli-mənəvi dəyərlərə sadiq ruhda və vətəndaşlıq mövqeyini dərk edərək hərtərəfli şəxsiyyət kimi böyüməsini təmin etmək məqsədlərinə xidmət edir. Şagirdlərin yaşadıqları ərazinin quruluşu, spesifikliyi, maddi-mənəvi irsi haqqında biliklərinin formalaşmasına təkan vermək, onlarda araşdırmaq, təhlil aparmaq, əldə etdikləri nəticələri təqdim etmək bacarıqlarını formalaşdmaq, məktəblilərin tariximizə, adət-ənənəmizə olan marağının daha da artırılmasına müsbət təsir etmək də müsabiqənin əsas hədəflərindəndir.

VIII-X sinif şagirdləri arasında keçiriləcək müsabiqə çərçivəsində məktəblilər onlara təqdim olunan mövzular (yaşadıqları ərazinin, qəsəbənin maddi-mənəvi irsi, dəyərləri, etnoqrafiyası, tarixi, mədəniyyət abidələri, elm xadimləri, görkəmli şəxsləri və s.) üzrə araşdırma aparacaq və videoçarx hazırlayacaqlar.

Paytaxtın 12 inzibati rayonu üzrə keçirilməsi nəzərdə tutulan müsabiqə 2 mərhələdən ibarətdir.

Müsabiqənin I (məktəbdaxili) mərhələsi (21 noyabr-9 dekabr) məktəblərdə keçiriləcək və ən yaxşı videoçarx seçiləcək. I mərhələdə hər məktəbdən bir şagirdin ən yaxşı araşdırma işi müəyyənləşdirilərək BŞTİ-yə təqdim olunacaq.

Müsabiqənin final mərhələsində ilk turu uğurla keçən şagirdlərin araşdırma işlərinə Təşkilat Komitəsi tərəfindən baxılacaq. Final mərhələsinin yekununda 9 ümumi təhsil məktəbi müvafiq olaraq I, II, III və həvəsləndirici yerlərə (2 məktəb I, 2 məktəb II, 2 məktəb III və 3 məktəb həvəsləndirici) layiq görüləcək.

Məqalədə : şagird 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycanda dərman istehsal olunacaq - FOTO

09

Dekabr
21:12
İQTİSADİYYAT
306

Erkin Qədirli seçkiyə gedir

09

Dekabr
16:45
SİYASƏT
287

AMEA doktorantura və dissertanturaya qəbul elan edib

09

Dekabr
16:09
ELM / TƏHSİL
303

Vilayət Eyvazov Bağırova VƏZİFƏ VERDİ

09

Dekabr
16:00
HÜQUQ,HADİSƏ
380
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


10-12-2019 06:26



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru