Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 Noyabr

2019
16:52
`Müəllim xarici dil bilməlidir ki, yeniliklərdən xəbərdar olsun`

Hər bir müəllim yüksək mədəniyyətə malik olmalıdır. Ola bilsin ki, müəllim peşəkardır, fənninin yaxşı bilir, amma mədəniyyəti yoxdur.

Bunu Təhsil nazirinin müavini Firudin Qurbanov Ağdam Musiqi Kollecində müəllimlərlə görüşündə deyib. Nazir müavinin sözlərinə görə, müəllimlərdə öyrətmək bacarığı olmalıdır.

"Müəllimlər elə etməlidir ki, şagirdlərdə, tələbələrdə həm mütaliə bacarığı olsun, həm də müasir dövrdə informasiyaları lazımlı olub-olmadığını aydınlaşdıra bilsin. Bu keyfiyyətlər olmasa onda həmin tələbələr əmək bazarında özlərinə iş tapa bilməyəcək".

F.Qurbanov qeyd edib ki, bu gün tıhsil müəssisəsində bir fənnin proqramını tam tədris etmək mümkün deyil.

"Dünya, elm, texnologiyalar o qədər sürətlə inkişaf edir ki, biz onu çatdırıb öyrənə bilmərik. Buna görə də hər bir müəllim öz üzərində çalışmalı, elmi yeniliklərdən, texnologiyalardan xəbərdar olmalıdır. Müəllim xarici dil bilməlidir ki, elmdə olan dəyişiklərin, yeniliklərdən xəbərdar olsun. Həm də müasir texnologiyalardan istifadə etməyi bacarmalıdır.

Bu gün virtual tədris metodlarından da geniş istifadə olunur. Virtual tədris qısa zamanda böyük informasiyanı, elmdə olan dəyişikləri öyrənməyə imkan yaradır. Heç kim deyə bilməz ki, sabah hansı ixtisaslar, peşələr olacaq. Proqnoz var ki, 10 ildən sonra bu gün mövcud olan peşə və ixtisasların 20 faizinə ehtiyac qalacaq".

Nazir müavini qeyd edib ki, bu gün bütün sahələrdə süni intelekdən istifadə olunur və insanları robotlar artıq əvəz edir

"Ona görə də gələcəkdə hansı peşələrin olacağını demək çətindir. Biz gəncləri elə formalaşdırmalıyıq ki, onların gələcəkdə öz ixtisasını dəyişmək bacarığı olsun. Hər bir müəllim öz məsuliyyətini dərk etməlidir. Hər bir insan müəllim ola bilməz. Bu şərəfli peşədir. Müəllim bütün dövrlərdə, sivilizasiyalarda həmişə nümunə olub".

Məqalədə : xarici dil 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bakıda professor evində ölü tapılıb

21

Noyabr
11:59
HÜQUQ,HADİSƏ
90

Akif Çovdarovun müdafiəsinə yeni vəkil qoşulub

21

Noyabr
11:25
BÖLMƏNİ DÜZ SEÇ!
130

FHN: 233 binaya müsbət rəy verilib

21

Noyabr
11:25
ÖLKƏ
127

ATƏT sədri Azərbaycana gəlir

21

Noyabr
11:18
SİYASƏT
117

Avtobus qəzası ilə bağlı RƏSMİ AÇIQLAMA - FOTO

21

Noyabr
10:45
HÜQUQ,HADİSƏ
165

Bakıda yağışa görə sürət həddi endirildi

21

Noyabr
10:37
NƏQLİYYAT
115

Xarici valyutaların manata qarşı məzənnələri

21

Noyabr
09:25
İQTİSADİYYAT
226

Neft ucuzlaşıb

21

Noyabr
09:20
İQTİSADİYYAT
235

Bakıda ağır yol qəzası baş verib, ölənlər var

21

Noyabr
08:57
HÜQUQ,HADİSƏ
261

Bakıda sərnişin avtobusu mikroavtobusla toqquşub

21

Noyabr
08:47
HÜQUQ,HADİSƏ
265

Tehran ABŞ-a nota göndərib

20

Noyabr
21:43
DÜNYA
237
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-11-2019 12:34



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru