Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 Noyabr

2019
16:40
Hökumət Natiq Cəfərliyə görə 17 min cərimələnib

Bu gün, noyabrın 7-də Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Azərbaycandan göndərilmiş bir şikayətlə bağlı qərarını elan edib.

Qərar ReAL Partiyasının rəhbərlərindən Natiq Cəfərlinin şikayəti əsasında qəbul edilib.

N.Cəfərlinin deməsinə görə, AİHM hesab edib ki, Azərbaycan hökuməti ona münasibətdə Avropa Konvensiyasının 3-cü (işgəncəyə məruz qalmamaq), 5-ci (azadlıq və toxunulmazlıq) və 18-ci (hüquqlarla bağlı məhdudiyyətlərdən istifadənin hədləri) maddələrinin pozulmasına yol verib.

Qərara əsasən, hökumət 17 min avro təzminat ödəməlidir. Bunun 15 min avrosu N.Cəfərliyə, 2 min avro da vəkillik xidmətlərinə aiddir.

Qərara rəsmilərdən, hələlik, münasibət almaq mümkün olmayıb.

Bu şikayət 2014-cü ildə N.Cəfərliyə cinayət işi açılması, onun hüquq-mühafizə qurumlarında sorğu-sual edilməsi və 2016-cı il avqustun 13-də həbs olunması ilə bağlıdır.

Həmin vaxt N.Cəfərli qanunsuz sahibkarlıq və başqa əməllərdə ittiham edilib. N.Cəfərli həmin il sentyabrın 9-na kimi həbsdə saxlanıb, həmin tarixdə prokurorun müraciəti əsasında azadlığa buraxılıb.

Məqalədə : Natiq Cəfərli 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bakıda professor evində ölü tapılıb

21

Noyabr
11:59
HÜQUQ,HADİSƏ
140

Akif Çovdarovun müdafiəsinə yeni vəkil qoşulub

21

Noyabr
11:25
BÖLMƏNİ DÜZ SEÇ!
135

FHN: 233 binaya müsbət rəy verilib

21

Noyabr
11:25
ÖLKƏ
137

ATƏT sədri Azərbaycana gəlir

21

Noyabr
11:18
SİYASƏT
117

Avtobus qəzası ilə bağlı RƏSMİ AÇIQLAMA - FOTO

21

Noyabr
10:45
HÜQUQ,HADİSƏ
180

Bakıda yağışa görə sürət həddi endirildi

21

Noyabr
10:37
NƏQLİYYAT
115

Xarici valyutaların manata qarşı məzənnələri

21

Noyabr
09:25
İQTİSADİYYAT
226

Neft ucuzlaşıb

21

Noyabr
09:20
İQTİSADİYYAT
235

Bakıda ağır yol qəzası baş verib, ölənlər var

21

Noyabr
08:57
HÜQUQ,HADİSƏ
261

Bakıda sərnişin avtobusu mikroavtobusla toqquşub

21

Noyabr
08:47
HÜQUQ,HADİSƏ
270
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-11-2019 12:59



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru