Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 Noyabr

2019
16:58
Bələdiyyə seçkilərində iştirak edəcək siyasi partiyaların sayı 11-ə çatıb

Azərbaycanda dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində iştirak etmək üçün müraciət edən siyasi partiyaların sayı 11-ə çatıb.

Bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında Komissiya sədri Məzahir Pənahov məlumat verib.

O bildirib ki, Vətəndaş Həmrəyliyi Partiyasının dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində səlahiyyətli nümayəndəsinin qeydə alınması ilə seçkilərdə iştirak edəcək siyasi partiyaların sayı 11-ə çatıb. Bundan əvvəl Yeni Azərbaycan Partiyası (YAP), Azərbaycan Demokratik İslahatlar Partiyası, Böyük Quruluş Partiyası, Vətəndaş Birliyi Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Azərbaycan Demokrat Maarifçilik Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası, Azərbaycan Ümid Partiyası və “Ana Vətən” Partiyasının səlahiyyəti nümayəndələri qeydə alınıb.

Qeyd edək ki, Azərbaycanda bələdiyyə seçkiləri dekabrın 23-də keçiriləcək. Respublika üzrə 1606 bələdiyyəyə 15 min 156 üzv seçiləcək. Xatırladaq ki, sonuncu bələdiyyə seçkisi 2014-cü il dekabrın 23-də keçirilib./APA

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

YPX-nin maşını başqa maşına çırpılıb - VİDEO

17

Fevral
12:20
HÜQUQ,HADİSƏ
164

Bu ərazidə qaz olmayacaq

17

Fevral
12:10
ÖLKƏ
182

BDU-da yeni təyinat

17

Fevral
11:20
ELM / TƏHSİL
227

Narkoloji Mərkəzdə xəstə intihar edib

17

Fevral
10:36
HÜQUQ,HADİSƏ
234

Bakıda yol qəzası - xəsarət alan var

17

Fevral
09:58
HÜQUQ,HADİSƏ
323

Bakı polisi 1 gündə 28 cinayətin üstünü açdı

17

Fevral
09:50
HÜQUQ,HADİSƏ
281

Xarici valyutaların manata qarşı məzənnələri

17

Fevral
09:40
İQTİSADİYYAT
272

MSK bu gün yenə toplanır

17

Fevral
09:21
SİYASƏT
324

Neft yenidən ucuzlaşıb

17

Fevral
09:10
İQTİSADİYYAT
310
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-02-2020 13:02



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru