Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 Noyabr

2019
14:11
AİP funksioneri Cəmil Həsənlinin iddialarına cavab verib

Bir neçə gün əvvəl Milli Şuranın sədri Cəmil Həsənli 2 noyabr mitinqinin təxirə salınması ilə bağlı yutub şəbəkəsində yayımlanan "Azərbaycan saatı" verilişində Azərbaycan İslam Partiyası barədə bəzi açıqlamalar verib. Onun açıqlamasına AİP-in sədr müavini Akif Heydərli cavab verib.

"8 oktyabr tarixində Milli Şura Bakı Şəhər İcra Hakimiyyəti qarşisinda piket keçirdi. Bütün hökumətyönlü sayt və mətbuat orqanları piketin İslam Partiyası tərəfindən idarə olunmasını detallarıyla sübüt etməyə çalışdı. Və hətta bu qurumun İran tərəfindən maliyyələşdirilməsi iddiası da irəli sürüldü. Milli Şuranın İslamçıların nəzarətinə keçməsi barədə arqumentlər səsləndirildi.

Bu fikirlərin arxasındakı niyyət çoxlarına sadə və adi görünsə də hədəfə dərhal dəydi. İrəli sürülən iddiaları təkzib üçün 19 noyabr tarixli etiraz aksiyasında Əli Kərimlinin şəxsən iştirak etməsi zəruri hesab edildi və həqiqətən iradə göstərib aksiyada tərəfdarlarının önünə düşərək xeyli addımladı. Amma Əli Kərimlinin bu cəhdinə baxmayaraq Amerikada Milli Şuradan şübhə qığılcımları yarandı və tezliklə gözlənilən çağırış gəldi. Cəmil Həsənli məhşər ayağına dəvət alar-almaz 2 noyabr mitinqini gözləmədən “dabanına tüpürüb” əlahəzrətlərinin hesabat masasına oturmaq üçün okeanın o tayına yollandı. Nə deyildi, nə söyüldü, nə döyüldü - deyə bilmərəm. Amma onu deyə bələrəm ki, onun və Milli Şuranın İslam Partiyası ilə heç bir əlaqəsi olmadığını, bu quruma Milli Şuranın tədbirlərində iştirak etmək icazəsi belə verilmədiyini sübüt etməyə məcbur edildi.

Cəmil Həsənlinin bu istiqamətdə yalan, şər və böhtan dolu, həya və abırdan uzaq ssenari ilə hazırladığı fikirləri “Azərbaycan saatı” adı altında yayımlanan YouTube şəbəkəsində özü tərəfindən səsləndirildi. Belə ki, guya 2013-cü il prezident seçkilərində İslam Partiyası Cəmil Həsəliyə müraciət edərək mitinqlərdə iştirak etməyi bildirib və C.Həsənli ilə AİP rəhbərliyi görüş təyin edib və guya həmin görüş MTN-nin müşayiəti ilə keçib. Guya görüş o yerdə olub ki, yeri, görüşə gələn islamçı təklif edib. 

Əslində Milli Şura, şəxsən C.Həsənli Azərbaycan İslam Partiyasını mitinqlərdə iştiraka dəvət edib. Və görüş yerini şəxsən Cəmil Həsənli təklif edib. Görüşdə İslam Partiyasının nümayəndəsi mitinqdə iştiraka rəğmən partiyadan bir nəfərin çıxış etməsi, şuarların səsləndirilməsi, plakatların qaldırılması və AİP-in haqsız həbsə məruz qalan sədrinin, həmçinin fəallarının azad olunması tələblərinin irəli sürülməsi şərtlərini bildirmişdi. Milli Şuranın sədri Cəmil Həsənli məmnunluqla bu şərtləri qəbul edərək razılığını bildirmişdi. Görüşdən dərhal sonra AİP rəhərliyi partiyaya yaxın xəbər portallarında görüşün nəticələri və AİP-in mitinqə hazırlığa başlaması barədə geniş məlumat verilmişdi. Üstündən bir neçə saat keçdikdən sonra Cəmil Həsənli AİP rəhbərliyinə zəng edərək bu məsələnin, yəni AİP-in mitinqdə iştirakı məsələsinin baş tutmasının qeyri-mümkünlüyü barədə fikrini açıqlamışdır. AİP rəhbərliyindən görüşün nəticələri barədə yayımlanan məlumatların təkzib olunmasını xahiş etmişdir.

Təkzib, əlbəttə, verilməmişdir. Cəmil Həsənli bir neçə dəfə, hətta gecə saatlarında zəng edərək heç olmasa məlumatın saytlardan götürülməsini acizanə xahiş etdikdən sonra məlumat silinmişdir. Düşünürəm ki, bu məcburiyyət Milli Şuranın içindən gələ bilməzdi. Çünki ən azı Milli Şuranın tərkibində bir neçə İslamçı var idi və qurumun işində fəal şəkildə iştirak edirdi. Amma məhz eynu günlərdə ABŞ-ın Bakıdakı səfiri Riçard Moniqstarın müxalifət liderləri ilə görüşündə onların əsas diqqətinin siyasi islamın bölgədə fəallaşmasına qarşı yönəlməsinə cəlb edilməli olduğunu bildirmiş və partiyaların bunun öhdəsindən gələ bilməsinə şübhə ilə yanaşdığını qeyd etmişdi. Lazımi tapşırıqlar vermişdi. Düşünürəm ki, Cəmil Həsənlinin İslamçılara kütləvi aksiyada iştirakına səfirin tapşırığından sonra “yox” deməsi anlaşılandır.

Onu deyim ki, Azərbaycan İslam Partiyasına qarşı hazırkı hakimiyyət bütün bacardığını etmişdir. İstər qurumun rəhbərliyi baxımından, istərsə də partiyanın rayon təşkilatları səviyyəsində və hətta sıravi İslamçılara qarşı ən haqsız və ədalətsiz addımları atmışdır. Hakimiyyət AİP-ə hətta 25 illik yubileyini qapalı şəraitdə keçirməyə belə ciddi maneə törədərək buna imkan verməmişdir. Bununla belə İslamçılar əqidələrindən heç zaman dönməmişlər, tutduqları haqq yolunu bu gün də davam etdirməkdədirlər. Ümumiyyətlə İslam əqidəsində xəyanət Cəmil Həsənlinin düşüncə tərzindəki kimi deyil. Əksinə, bu əqidədə şəhidlik vardır, çətin ki, dünyahəris C.Həsənli bunu anlaya bilə. Anlasaydı dünya şöhrətli kinorejissor, 2013-cü il prezident seçkilərində prezidentliyə namizəd Rüstəm İbrahimbəyovu hakimiyyətlə sövdələşməyə gedərək ofsaytda qoymazdı.

Milli Şuraya xəyanət, ailəyə xəyanət, millətin mental xüsusiyyətlərinə xəyanət, dövlətə xəyanət edən Cəmil Həsənli və onun kimi başı boşuna ağardan cəmillər çoxdur. Şər və böhtanlara, yalanlara görə onun və onların cəzasını inanıram ki, Allah verəcək. Mən vaxtilə Araz Əlazadəni özlüyümdə qınamışdım ki, qoca kişiyə səhvini üzünə deməzlər. Amma yanılmışammış."

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Tehran ABŞ-a nota göndərib

20

Noyabr
21:43
DÜNYA
159

Dolların sabahkı məzənnəsi açıqlanıb

20

Noyabr
17:59
İQTİSADİYYAT
186

Qocaya yardım etdi, onu da üz-gözünə bulaşdırdı

20

Noyabr
17:33
HÜQUQ,HADİSƏ
367

Bakıya yağış, rayonlara qar yağacaq

20

Noyabr
16:59
ÖLKƏ
165

Ölkə əhalisinin sayı açıqlandı

20

Noyabr
16:52
ÖLKƏ
190

Sabunçu rayonuna 6 milyon manat ayrıldı

20

Noyabr
16:29
ÖLKƏ
285

Bakıda gəlin maşını yanıb - VİDEO

20

Noyabr
15:56
HÜQUQ,HADİSƏ
467

Baş Prokurorluq təkzib etdi

20

Noyabr
15:36
HÜQUQ,HADİSƏ
307
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-11-2019 04:58



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru