Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 Noyabr

2019
09:14
Bakıda iki avtobusun toqquşması zamanı xəsarət alanların SİYAHISI (VİDEO)

Bakının Nizami rayonunda iki avtobusun toqquşması nəticəsində xəsarət alanların şəxsiyyəti müəyyən edilib.

Bunlar 1998-ci il təvəllüdlü Hüseynli Nurtac Mirzəcan oğlu, 1977-ci il təvəllüdlü Seyfullayev Ramil Davud oğlu, 1968-ci il təvəllüdlü Xəlilov Vüqar Mövlan oğlu, 1963-cü il təvəllüdlü Vəsilə Məmmədova, 1999-cu il təvəllüdlü Şəbnəm İsmayılova və 1978-ci il təvəllüdlü Xanım Qasımovadır.

Onlardan Vüqar Xəlilovun vəziyyəti ağır olduğundan stasionar qaydada müalicə alır. Digər yaralılar isə artıq xəstəxanadan evə buraxılıb. Daha iki nəfərə də hadisə yerində tibbi yardım göstərilib.

Xatırladaq ki, dünən Bakının Nizami rayonunda ağır yol qəzası baş verib. Avtoqəza Qaqa Qarayev prospektində qeydə alınıb. Hadisə zamanı 57 saylı xətt marşrutu üzrə hərəkət edən "Isuzu" markalı sərnişin avtobusu ilə "BakuBus" MMC-yə məxsus 7A saylı xətt marşrutu üzrə hərəkət edən avtobus toqquşub.

"BakuBus" MMC-yə məxsus 7A saylı xətt marşrutu üzrə hərəkət edən avtobusun sürücüsü Çingiz Salamovun APA-ya verdiyi məlumata görə, avtoqəza dayanacaqda baş verib.

Məlum olub ki, 57 saylı xətt marşrutu üzrə hərəkət edən sərnişin avtobusunun sürücüsü dayanacağa yaxınlaşarkən sürət həddini aşıb və sükana nəzarəti itirdiyindən həmin avtobus qarşısında olan "BakuBus" MMC-yə məxsus avtobusa çırpılıb. Xəsarət alanların hamısı da 57 saylı marşrut avtobusunda olub.

Məqalədə : avtobus qəza 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bu sürücülər 40 manat CƏRİMƏLƏNƏCƏK

22

Noyabr
16:57
NƏQLİYYAT
958

Hərbdə və mənəviyyatda generallıq

22

Noyabr
16:22
ARAŞDIRMA
330

Sabahın hava proqnozu açıqlanıb

22

Noyabr
13:00
ÖLKƏ
631
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-11-2019 06:47



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru