Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

01 Noyabr

2019
10:31
Ötən ay Təhsil Nazirliyinə 21 528 müraciət daxil olub

Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti, telefon: 146) daxil olan zənglər və Vətəndaşların Qəbulu Mərkəzində oktyabr ayında vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb.

Təhsil Nazirliyindən FaktXəbər-ə verilən məlumata görə, qeyd olunan müddət ərzində həmin mərkəzlərə ümumilikdə 21 528 müraciət daxil olub. Statistikaya əsasən, Telefon Məlumat Mərkəzində 1 8572 zəng qəbul edilib.

Vətəndaşların Qəbulu Mərkəzində isə bu dövrdə 2 956 vətəndaşa xidmət göstərilib. Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olmuş müraciətlərin (əsasən sorğu xarakterli olub) əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub. Vətəndaşların Qəbulu Mərkəzində 1 855 sənəd (632 ərizə, 1223 məktub) qəbul olunub və qeydiyyata alınıb.

Daxil olan müraciətlər daha çox şagirdlərin yerdəyişməsi, müəllimlərin işə qəbulu və yerdəyişməsi, dərs saatlarının bölgüsü və digər məsələləri əhatə edib.

Məqalədə : Təhsil Nazirliyi 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Təhsil naziri olimpiada qalibləri ilə görüşüb

17

Yanvar
17:25
ELM / TƏHSİL
229

MSK DSK-nın qərarını ləğv edib

17

Yanvar
15:50
SİYASƏT
266

Bakıda maşından polislərə atəş açıldı

17

Yanvar
14:20
HÜQUQ,HADİSƏ
555
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-01-2020 02:54



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru