Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

31 Oktyabr

2019
14:29
İstanbul-Bakı aviareysilə gələn Azərbaycan vətəndaşı nəzarətə götürülüb

Gömrükçülər külli miqdarda zərgərlik məmulatının gömrük sərhədindən bəyan etmədən keçirilməsi cəhdinin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsindən FaktXəbər-ə verilən məlumata görə, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında, İstanbul-Bakı aviareysilə gələn Azərbaycan vətəndaşı nəzarətə götürülüb. Vətəndaş "Yaşıl kanal" buraxılış sistemindən istifadə edərək gömrük nəzarətindən keçən zaman saxlanılıb və "Qırmızı kanal"a yönləndirilib.

Daha sonra həmin şəxs əşyalarını rentgen aparatından keçirib gömrük nəzarətini tərk etmək istəyərkən yenidən saxlanılıb. Xanım vətəndaş sorğu-sual zamanı üzərində gömrük nəzarətinə bəyan olunası, gömrük nəzarətindən gizlədilmiş heç bir əşyanın olmadığını bildirib.

Lakin şəxsi yoxlamadan öncə o, əvvəlcədən gömrük nəzarətinə təqdim etmədiyi və alt geyimində gizlətdiyi 1 ədəd sellofan bükümü gömrük əməkdaşına təqdim etməli olub. Şəxsi yoxlama zamanı isə vətəndaşın alt geyimində daha 1 ədəd sellofan büküm aşkar olunub.

Həmin bükümlərdə isə qızıldan hazırlanan, bəzilərinin üzərində qaşlar olan 34 ədəd qolbaq və 75 ədəd boyunbağı aşkarlanıb. Aşkar olunan zərgərlik məmulatının ümumi çəkisi 386 qram təşkil edib.

Faktla bağlı araşdırma aparılır.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabahın hava proqnozu açıqlanıb

25

Fevral
12:47
ÖLKƏ
175

Fəhlə "KamAz"ın altında qalıb öldü

25

Fevral
10:56
HÜQUQ,HADİSƏ
247

Azərbaycan şəhidinə vida edir

25

Fevral
10:36
ÖLKƏ
278

Atəşkəs rejimi 27 dəfə pozulub

25

Fevral
09:42
BÖLMƏNİ DÜZ SEÇ!
330
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-02-2020 14:04



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru