
Dağlıq Qarabağdakı qondarma rejimin yaratdığı “Azad Vətən” adlı “partiya”nın təşkilatçılığı ilə Fransanın Lill Universitetinin bir qrup professor və müəllimi Ermənistanın işğalı altında olan Azərbaycan ərazilərinə qanunsuz səfər edib. Ermənistan mediasının verdiyi məlumata görə, nümayəndə heyətinin tərkibində müxtəlif sahələr üzrə elm adamları yer alıb. Qanunsuz səfər zamanı Lill Universitetinin əməkdaşları “Şuşa Texnologiya Universiteti”ndə olub və gələcək “əlaqələr”ə dair fikirlər səsləndiriblər.
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasından Faktxeber.com-a daxil olan məlumatda bildirilir ki, qədim ənənələri olan Lill Universitetinin bir qrup professor və müəlliminin Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər etməsini ciddi məsuliyyətsizlik və beynəlxalq hüquqa hörmətsizlik kimi qəbul edir. Həmçinin bu “səfər” dünyada elektronika və nanotexnologiyalar sahəsində elmi kəşflərə imza atan bir universitetin nüfuzuna ciddi şəkildə xələl gətirir. Necə ola bilər ki, belə bir universitetin professor-müəllim heyəti hansı ərazilərə gətirildiklərindən xəbərsiz olsun? Görəsən, bir dəfə də olsun bu insanlar internetdə Dağlıq Qarabağın tarixi, Ermənistanın bu əraziləri necə işğal etməsi haqqında məlumat toplamağa çalışıblarmı? Ən əsası, Lill Universitetinin müəllim və professorlarının Fransanın Azərbaycanın ərazi bütövlüyü ilə bağlı mövqeyindən və Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğundan xəbərləri varmı? Əgər yoxdursa, bu, elm adamları üçün həqiqətən utanc gətirən məsələdir. Yox, əgər Lill Universitetinin professorları Fransanın mövqeyini bilə-bilə Dağlıq Qarabağa qanunsuz səfər edirlərsə, deməli, bu, həm də Fransanın rəsmi mövqeyinə hörmətsizlik kimi qəbul olunmalıdır.
Digər tərəfdən, Fransa ATƏT-in Minsk qrupunda həmsədr ölkə kimi Ermənistan ilə Azərbaycan arasında vasitəçilik missiyası həyata keçirir. Belə olan halda Lill Universitetinin müəllim və professorlarının Dağlıq Qarabağa qanunsuz səfər etmələri həm də bu ölkənin danışıqlarda tərəfsiz vasitəçi nüfuzunu şübhə altında qoyur.
Biz, Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Fransanın Lill Universitetinin rəhbərliyinə də öz etirazımızı bildiririk. Hesab edirik ki, sözügedən universitetin rəhbərliyi Azərbaycanın Dağlıq Qarabağ bölgəsindən qovulmuş azərbaycanlı sakinlərin təbii insan hüquqlarına təhqir hesab edilən bu qanunsuz səfərlə bağlı ciddi tədbirlər görəcək və bu kimi halların təkrarlanmasına yol verməyəcək.

Azərbaycanda vəzifəli şəxsin cinayət başında yaxalanma görüntüləri - ANBAAN VİDEO
25
İyun
Səudiyyə şahzadəsinin qonaqlığında: 39 vanna otağı olan Los Angelesdəki villa - FOTO
25
İyun
Dövlət qulluğuna qəbulla bağlı müsahibələrdə iştirak üçün qeydiyyat müddəti uzadıldı
25
İyun
Bakı xəstəxanasından: "Rentgenə baxırsan, pasiyentin ağciyərləri, sadəcə, yoxdur" - FOTO
25
İyun- 25-06-2020 09:50 Kərəm Həsənovun kadrları işdən çıxarıldı - SİYAHI
- 23-06-2020 17:45 "Düşmənə qarşı hamılıqla səfərbər olmalıyıq" - Hacı Mövsüm Səmədov
- 19-06-2020 13:42 Vəzifəli və hüquqi şəxslərlə bağlı yükək məbləğdə yeni cərimələr müəyyən edilir
- 19-06-2020 12:20 Samir Şərifov deputatı sərt tənqid etdi
- 19-06-2020 11:58 Dövlət büdcəsinin icrası son oxunuşda təsdiq edildi
- 19-06-2020 11:49 Millət vəkili 190 manatın iyun və iyul aylarında da verilməsini təklif edib
- 19-06-2020 09:32 Bu gün Milli Məclisin növbədənkənar iclası keçiriləcək
- 17-06-2020 15:07 İranlı nazir Şahin Mustafayevə zəng edib
- 17-06-2020 13:21 İran Azərbaycana təşəkkür etdi
- 16-06-2020 16:45 Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi məlum oldu
- 16-06-2020 16:05 H.Hacıyev Dağıstanda azərbaycanlılarla bağlı baş vermiş hadisəni şərh edib
- 12-06-2020 13:26 Dövlət büdcəsinin icrası təsdiq edildi
- 12-06-2020 09:07 Bu gün Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası keçiriləcək
- 11-06-2020 08:52 Sabah Milli Məclisin növbədənkənar sessiyasının plenar iclası keçiriləcək
- 10-06-2020 17:42 M. Elmar : Azərbaycan İsrail-Fələstin münaqişəsinin iki dövlət prinsipi əsasında həllini dəstəkləyir
- 10-06-2020 14:44 Azərbaycan XİN bəyanat yayıb
- 10-06-2020 13:50 Azərbaycanla Türkmənistan arasında ikitərəli sənədlər təsdiqlənib
- 10-06-2020 12:04 Azərbaycan Yəmən xalqına yardım edib
- 09-06-2020 12:05 Milli Məclis iki yeni qanun layihəsinin müzakirəsini təxirə saldı
- 08-06-2020 13:31 Azərbaycanda bir qəsəbəyə şəhər, iki kəndə isə qəsəbə statusu verilir
- 08-06-2020 10:10 Babək rayonunun ərazi bölgüsündə dəyişiklik müzakirə ediləcək
- 05-06-2020 10:40 Mətbuat Şurası jurnalistlərə müraciət edib
- 05-06-2020 09:52 Bu gün növbədənkənar iclasda 4 məsələ müzakirə ediləcək
- 04-06-2020 09:34 Bu gün keçirilən iclasda bir neçə qanun layihəsini müzakirə ediləcək
- 02-06-2020 12:43 Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası təyin edilib