Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

25 Oktyabr

2019
16:12
Nazir müavini İmişlidə gənc müəllimlərlə görüşüb - FOTO

Oktyabrın 25-də Təhsil nazirinin müavini Firudin Qurbanov İmişli şəhərindəki Heydər Əliyev Mərkəzində gənc müəllimlərlə görüşüb.

FaktXəbər-in məlumatına görə, Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təşkilatçılığı ilə baş tutan görüşdə İmişli və Ağcabədidə fəaliyyət göstərən 40-a yaxın gənc müəllim iştirak edib.

Görüş zamanı Təhsil nazirinin müavini Firudin Qurbanov son illərdə ölkəmizdə gedən iqtisadi inkişaf prosesindən danışıb və təhsil sahəsində həyata keçirilən islahatların bu İnkişafın nəticəsi olduğunu deyib. Müəllimlik peşəsinə marağın ildən-ilə artdığına diqqət çəkən nazir müavini bu peşənin əhəmiyyətini vurğulayıb və  bildirib ki, müəllimdən yüksək peşəkarlıq, yüksək mədəniyyət, öyrətmək, eyni zamanda öyrənmək həvəsi və bacarığı, şagirdlərə hörmətlə yanaşmaq və onları sevmək tələb olunur. Firudin Qurbanov əlavə edib ki, müəllim şagirdinə qarşı həssas yanaşmalıdır.

Nazir müavini müəllimlərin daim bilik və bacarıqlarının artırılması, onların təhsildə baş verən yeniliklərdən məlumatlı olması, fəal müəllimlər şəbəkəsinin formalaşması istiqamətində Assosiasiyanın yaradılmasının əhəmiyyətini də vurğulayıb.

Daha sonra görüşdə iştirak edən müəllimlər öz fikir və təkliflərini bölüşüblər.

Görüş qarşılıqlı fikir mübadiləsi şəraitində davam etdirilib.

Məqalədə : Nazir müavini İmişli 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Tehran ABŞ-a nota göndərib

20

Noyabr
21:43
DÜNYA
159

Dolların sabahkı məzənnəsi açıqlanıb

20

Noyabr
17:59
İQTİSADİYYAT
186

Qocaya yardım etdi, onu da üz-gözünə bulaşdırdı

20

Noyabr
17:33
HÜQUQ,HADİSƏ
367

Bakıya yağış, rayonlara qar yağacaq

20

Noyabr
16:59
ÖLKƏ
165

Ölkə əhalisinin sayı açıqlandı

20

Noyabr
16:52
ÖLKƏ
190

Sabunçu rayonuna 6 milyon manat ayrıldı

20

Noyabr
16:29
ÖLKƏ
285

Bakıda gəlin maşını yanıb - VİDEO

20

Noyabr
15:56
HÜQUQ,HADİSƏ
467

Baş Prokurorluq təkzib etdi

20

Noyabr
15:36
HÜQUQ,HADİSƏ
307
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-11-2019 04:59



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru