Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

25 Oktyabr

2019
14:25
Elektron dərslik portalında 39 dərslik yenilənib

Dərsliklərin elektron formatda hazırlanaraq www.e-derslik.edu.az portalına yerləşdirilməsi prosesi davam etdirilir. Artıq Azərbaycan və rus bölmələri üzrə portalda mövcud olan 2-ci sinif dərsliklərinin hamısı və hər iki bölmə üzrə 3-cü sinif dərsliklərindən 12-si, 4-cü sinif dərsliklərindən 8-i və 8-ci sinif dərsliklərindən 4-ü olmaqla ümumilikdə 39 dərslik yeniləri ilə əvəzlənib.

Hazırda portalda 233 elektron dərslik, 22 metodik vəsait və 2 sinifdənxaric oxu materialı olmaqla ümumilikdə 257 elektron vəsait mövcuddur. Video, qrafika, səs və digər multimedia vasitələri ilə zənginləşdirilmiş dərsliklərin sayı 27-yə çatdırılıb.

Qeyd edək ki, www.e-derslik.edu.az elektron dərslik portalı cari tədris ilinin əvvəlindən bu günədək ölkə üzrə saytların reytinq cədvəlində 85 pillə yüksələrək 46-cı olub. Bu müddət ərzində portala giriş sayı 512 748-ə, səhifələrə ümumi baxış sayı isə 3 790 938-ə çatıb. Ötən ilin müvafiq dövründə isə portala giriş sayı 326 821, səhifələrə ümumi baxış sayı isə 2 254 474 olub.

Oktyabr ayı ərzində portala gündəlik ortalama giriş sayı 12 500 olub. Bu dövr ərzində portala ən çox müraciət edən ilk 5 ölkə Azərbaycan, Rusiya, Türkiyə, Gürcüstan və ABŞ-dır. Portalda ən çox müraciət edilən 5 dərslik isə ardıcıl olaraq  riyaziyyat (6-cı sinif), ingilis dili (7-ci sinif), ingilis dili (5-ci sinif), riyaziyyat (7-ci sinif) və coğrafiya (6-cı sinif) olub.

Xatırladaq ki, cari ilin ilk 9 ayı ərzində e-derslik portalına giriş sayı 1 754 280, səhifələrə ümumi baxış sayı isə 14 625 792 olub. 2018-ci ildə isə bu rəqəmlər müvafiq olaraq 1 037 849 və 8 163 538 təşkil edib.

2014-cü ildən fəaliyyət göstərən www.e-derslik.edu.az portalının hazırlanmasında məqsəd təhsilalanları təhsil prosesində fəallaşdırmaq, onların İKT-dən səmərəli istifadə etməsinə, dərslikləri elektron formatda oxumasına imkan yaratmaqdır. Bu sistem şagirdlərin dərsliklərdən istifadəsində mobilliyi artırır, həmçinin məktəblilər istənilən vaxt və məkanda dərsliklərə müraciət edə bilirlər. İstifadəçilər onlayn formada və ya əvvəlcədən yükləməklə dərslikləri elektron versiyada oxumaq, onlayn rejimdə dərsliyin istənilən səhifəsində müvafiq lazımi elektron qeydlər aparmaq imkanı qazanırlar. Bu da öz növbəsində təhsilalanların öyrənmə prosesinin fərdiləşməsinə şərait yaradır.

Məqalədə : Elektron dərslik 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bərdədə evdə partlayış olub, xəsarət alan var

11

Dekabr
14:46
HÜQUQ,HADİSƏ
165

Rusiyada lak-boya zavodu yanır - FOTO

11

Dekabr
12:59
DÜNYA
210

Sabah Azərbaycanda hava yağmursuz olacaq

11

Dekabr
12:31
ÖLKƏ
211

Vilayət Eyvazov mayora yeni vəzifə verdi

11

Dekabr
12:10
HÜQUQ,HADİSƏ
766

Bakı Şəhər Baş Polis İdarəsi məlumat yaydı

11

Dekabr
11:16
HÜQUQ,HADİSƏ
286

Suriyada döyüşən azərbaycanlılara hökm oxunub

11

Dekabr
11:09
HÜQUQ,HADİSƏ
326
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


11-12-2019 15:40



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru