Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

24 Oktyabr

2019
15:59
Azərbaycanda bərpa olunan enerji mənbələri üçün hərrac keçiriləcək

Azərbaycanda 2020-ci ilin yaz aylarında bərpa olunan enerji mənbələri üçün hərrac keçirilməsi nəzərdə tutulur.

Bunu Bakda keçirilən Beynəlxalq Enerji Xartiyası Forumunda Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (AERA) İdarə Heyətinin sədri Samir Axundov bildirib.

Onun sözlərinə görə, hərrac 8 ərazi üzrə elan olunacaq: "Hərraclar üçün ilkin torpaq sahələri seçilib. Səkkiz ərazidə torpaq sahələri müəyyənləşib. Hərrac 5 külək, 3 Günəş enerjisi stansiyasının quraşdırılması layihələri üzrə elan ediləcək".

S.Axundov qeyd edib ki, Azərbaycanın külək enerji potensialı 3 min MVt, günəş enerjisi üzrə isə bu göstərici 20 min MVt-dan artıqdır. O əlavə edib ki, 2030-cu ildə alternativ və bərpa olunan enerji mənbələrinin Azərbaycanda istehsal edilən elektrik enerjisində payının 30%-a çatdırılması nəzərdə tutulur.

Qeyd edək ki, hazırda bərpa olunan enerji mənbələrinin respublika üzrə elektrik enerji istehsalında payı 8,1%-dır.

***

O qeyd edib ki, Strateji Yol Xəritəsinə uyğun olaraq Azərbaycanda bərpa olunan enerji üzrə 420 Mvt-lıq stansiyalar inşa olunacaq: "Bunun 350 MVt-ı külək, 50 MVt-ı günəş, qalan 20 MVt-ı isə biokütlə stansiyalarının payına düşəcək".(Report)

Məqalədə : bərpa olunan enerji 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
53485

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
51663

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
53163

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
52868

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
58228

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
52501

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
52892
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


27-11-2020 09:50





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru