Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

24 Oktyabr

2019
08:59
“Qarabağ” APOEL-lə görüşəcək

Azərbaycan çempionu “Qarabağ” bu gün növbəti matçını keçirəcək.

Ağdam klubu Avropa Liqasının qrup mərhələsinin III turunda meydana çıxacaq. Qurban Qurbanovun yetirmələri Kiprin APOEL klubu ilə görüşəcək. Bu, əyalət təmsilçisinin ikinci ev oyunu olacaq.

İlk turda İspaniya “Sevilya”sına 0:3 hesabı ilə uduzan “Qarabağ” ilk ev qələbəsini qazanmağa çalışacaq. Ötən tur Lüksemburqda “Düdelanj”ı məğlub edən çempion ardıcıl ikinci qələbə ilə 1/16 finala doğru daha bir addım atmaq əzmindədir.

Bakıda baş tutacaq görüş həm də revanş xarakteri daşıyır. “Qarabağ” Çempionlar Liqasına məhz APOEL-ə uduzaraq (2:1, 0:2) vida etmişdi.

Avrokuboklar tarixində ilk dəfə Azərbaycan klubu eyni mövsümdə bir rəqiblə 3-cü dəfə görüşəcək. Bu da evdə alınan 0:2 hesablı məğlubiyyətin əvəzini çıxmaq üçün imkan yaradır. Keçirdiyi hər iki qrup matçında uduzan APOEL isə şanslarının minimuma enməməsi üçün Tofiq Bəhramov adına Respublika stadionunda xal qazanmağa məhkumdur. Almaniyalı baş məşqçi Tomas Dollun yetirmələri üzərindəki bu təzyiq də meydan sahiblərinin lehinə işləyəcək. Dolu tribunların verəcəyi dəstək də “Qarabağ”ı ardıcıl ikinci qələbəsinə kömək edəcək.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionundakı “Qarabağ” – APOEL matçı saat 20:55-də başlayacaq.

Avropa Liqası

Qrup mərhələsi, III tur

A qrupu, 24 oktyabr

20:55. “Qarabağ” (Azərbaycan) – APOEL (Kipr)

Baş hakim: Filip Qlova

Baş hakimin köməkçiləri: Frantisek Ferenc, Yan Pozor

Dördüncü hakim: Peter Ziemba

(hamısı Slovakiya)

Hakim-inspektor: Mixalis Koukoulákis (Yunanıstan)

UEFA nümayəndəsi: İvan Tsitoviç (Rusiya) 

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

Məqalədə : Qarabağ APOEL 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bakıda professor evində ölü tapılıb

21

Noyabr
11:59
HÜQUQ,HADİSƏ
90

Akif Çovdarovun müdafiəsinə yeni vəkil qoşulub

21

Noyabr
11:25
BÖLMƏNİ DÜZ SEÇ!
130

FHN: 233 binaya müsbət rəy verilib

21

Noyabr
11:25
ÖLKƏ
127

ATƏT sədri Azərbaycana gəlir

21

Noyabr
11:18
SİYASƏT
117

Avtobus qəzası ilə bağlı RƏSMİ AÇIQLAMA - FOTO

21

Noyabr
10:45
HÜQUQ,HADİSƏ
165

Bakıda yağışa görə sürət həddi endirildi

21

Noyabr
10:37
NƏQLİYYAT
115

Xarici valyutaların manata qarşı məzənnələri

21

Noyabr
09:25
İQTİSADİYYAT
226

Neft ucuzlaşıb

21

Noyabr
09:20
İQTİSADİYYAT
235

Bakıda ağır yol qəzası baş verib, ölənlər var

21

Noyabr
08:57
HÜQUQ,HADİSƏ
261

Bakıda sərnişin avtobusu mikroavtobusla toqquşub

21

Noyabr
08:47
HÜQUQ,HADİSƏ
265

Tehran ABŞ-a nota göndərib

20

Noyabr
21:43
DÜNYA
237
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-11-2019 12:33



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru