Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

22 Oktyabr

2019
15:20
Pakistanın həbsdə olan keçmiş baş naziri xəstəxanaya aparılıb

Korrupsiya ittihamı ilə 10 il müddətinə məhkum edilmiş Pakistanın keçmiş baş naziri Navaz Şərif, qanında trombositlərin artması səbəbindən təcili olaraq həbsxanadan xəstəxanaya aparılıb. FaktXeber.com-un verdiyi məlumata görə, bu barədə Associated Press həkim Şərif Adnan Malikə istinadla xəbər verib.

Məlumatda deyilir ki, Pakistanın keçmiş baş naziri oktyabrın 21-də axşam xəstəxanaya yerləşdirilib.

Əvvəlcə həkimlər denqe qızdırmasından şübhələniblər, lakin sonradan qan göstəricilərinin pisləşməsinin Şərifin dərmanları ilə əlaqəli olduğu qənaətinə gəliblər.

Agentliyin məlumatına görə, keçmiş baş nazirin kürəkəni oktyabrın 21-də hökuməti Şərifi zəhərləməkdə ittiham etdiyi üçün həbs olunub.

2018-ci ilin iyul ayında Navaz Şərif korrupsiya ittihamı ilə on il həbs cəzasına məhkum edilib.

Məqalədə : Navaz Şərif 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Dekabrın 9-na manatın məzənnəsi

06

Dekabr
17:24
İQTİSADİYYAT
245

Bakıda hüquqşünas döyülüb

06

Dekabr
16:23
HÜQUQ,HADİSƏ
373

"Nokia 2.3" smartfonu təqdim olunub

06

Dekabr
15:55
MARAQLIDIR
300

Vəhşi təbiətdən təbəssüm yaradan FOTOLAR

06

Dekabr
13:12
MARAQLIDIR
589
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


07-12-2019 07:30



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru