Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

22 Oktyabr

2019
10:44
DİM zal nəzarətçisi sertifikatı əldə etmək istəyənlər üçün müsahibələrə başlayır

Zal nəzarətçisi sertifikatı əldə etmək istəyən namizədlər oktyabrın 29-dan etibarən müsahibə mərhələsinə dəvət olunacaqlar.

Bu barədə FaktXəbər-ə Dövlət İmtahan Mərkəzindən məlumat verilib. 

Namizədlər müsahibə mərhələsində iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- Namizədin elektron anketi

- Şəxsiyyət vəsiqəsi

- Məhkumluğun olmaması barədə arayış

- Ali təhsil haqqında sənəd (diplom)

- İş yeri haqqında arayış (olduğu təqdirdə)

Müsahibələri DİM-in inzibati binasında (Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küç, 1M) və regional bölmə mərkəzlərində mərkəzin məsul əməkdaşları aparacaqlar. 

Müsahibə zamanı namizədin psixoloji və fiziki cəhətdən sağlamlığı, ümumi dünyagörüşü, nitqi, stress vəziyyətində işləmək bacarığı yoxlanılır. Müsahibənin nəticəsi məqbul və ya qeyri-məqbulla qiymətləndirilir.

Namizədlər öz nəticələri ilə bağlı məlumatla namizədin elektron anketinə daxil olaraq tanış ola bilərlər. Müsahibədən uğurlu nəticə əldə edən namizədlər ümumi intellekt səviyyəsini yoxlayan test imtahanına dəvət ediləcəklər.

Qeyd edək ki, hal-hazırda zal nəzarətçisi sertifikatı əldə etmək üçün 518 namizəd qeydiyyatdan keçmiş və onlardan 119 nəfəri DİM-in zal nəzarətçiləri bazasında olduğu üçün müsahibə mərhələsində iştirak etməkdən azaddırlar. Onlar qeydiyyatdan keçdikdən sonra birbaşa intellekt səviyyənin yoxlanılması üçün test imtahanına dəvət edilirlər.

Xatırladaq ki, ötən il 565 namizəd zal nəzarətçisi sertifikatı əldə edərək DİM tərəfindən keçirilən imtahanlarda iştirak etmişdir.

İmtahanlara təyinat aparılan zaman, imtahanların xüsusiyyətləri, ixtisas, yaş və digər tələblər də gözlənilməklə, zal nəzarətçisi kimi fəaliyyəti sertifikatlaşdırılmış nəzarətçilərə üstünlük verilir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bu sürücülər 40 manat CƏRİMƏLƏNƏCƏK

22

Noyabr
16:57
NƏQLİYYAT
947

Hərbdə və mənəviyyatda generallıq

22

Noyabr
16:22
ARAŞDIRMA
330

Sabahın hava proqnozu açıqlanıb

22

Noyabr
13:00
ÖLKƏ
621
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-11-2019 05:57



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru