Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 Oktyabr

2019
12:17
`BakuBus`: Sərnişin sürücünün avtobusu idarə etməsinə mane olub - VİDEO

Bir neçə gün əvvəl 88 saylı marşrut üzrə hərəkət edən “BakuBus” MMC-yə məxsus avtobusda kondisionerə görə sərnişinlə sürücü arasında mübahisə yaranması barədə məlumat dərc etmişdik.

Sözügedən hadisə ilə bağlı “BakuBus” MMC-dən FaktXəbər-ə bildirilib ki, sərnişin sürücü ilə mübahisə edib və onun nəqliyyat vasitəsini idarə etməsinə mane olub. 

Açıqlamada qeyd edilir ki, avtobusda kondisionerlər işlək vəziyyətdə olduğu halda, sərnişin sürücüdən soyutma sisteminin işə salınmasını tələb edib və mübahisəni davam etdirib. Həmçinin, sürücünün əsəbləşməsinə səbəb ola biləcək təhqiredici ifadələrdən istifadə edib? 

"“BakuBus” MMC sərnişinləri ictimai nəqliyyatdan istifadə qaydalarına əməl etməyə, sürücülərin fəaliyyətinə mane olmamağa çağırır. “BakuBus” MMC KİV nümayəndələrindən xahiş edir ki, hadisələrə yanaşmada obyektivliyi daim qorusunlar. Avtobuslarda qeydə alınan hallarla bağlı dəqiqləşdirmə aparsınlar və birtərəfli məlumat yaymasınlar. 

Qeyd edək ki, bu halla bağlı 14.10.2019-cu il tarixində portalımızda “”BakuBus” sürücüsü hirslənəndə belə olur – VİDEO” sərlövhəli məlumat dərc olunub və görüntü yayımlanıb.

Məqalədə : BakuBus 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Suriyada terrorçulara məxsus PUA vurulub

28

Sentyabr
11:46
DÜNYA
70

Vilayət Eyvazovdan yeni TƏYİNAT

28

Sentyabr
11:31
SİYASƏT
265

Əhməd Məsud bəyanat yayıb

28

Sentyabr
11:14
DÜNYA
190

AMB-nin valyuta məzənnələri

28

Sentyabr
09:14
İQTİSADİYYAT
270

DYP sürücülərə müraciət edib

27

Sentyabr
16:13
NƏQLİYYAT
430
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


28-09-2021 12:20





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru