Xəbər Lenti
İnfoqrafika
Arxiv
Yazar

Azərbaycanda dövlət dilinin şifahi şəkildə istifadə edildiyi sferalarda eşitmə və ya nitq pozuntusu olan şəxslər üçün işarət (jest) dilinin rəsmi olaraq ünsiyyət dili kimi tanınması təmin ediləcək.
Bu barədə FaktXəbər-ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Bu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Təhsil Nazirliyinin birgə işçi qrupunun hazırladığı “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanunda dəyişikliklər edilməsi barədə” qanun layihəsində əksini tapır.
Məqsəd dövlət tərəfindən əlilliyi olan şəxslərin digərləri ilə bərabər səviyyədə, maneəsiz informasiya əldə etmələrinə, həmçinin öz fikirlərini, ideyalarını sərbəst ifadə etmələrinə, ümumən cəmiyyətə inteqrasiyasına daha geniş şərait yaradılmasıdır. İşarət dilinin istifadəsinin genişləndirilməsi məqsədi ilə görmə və eşitmə məhdudiyyəti olan şəxslər üçün ədəbiyyatın nəşr edilməsi, elmi, metodiki, bədii əsərlərin, həmçinin təhsil müəssisələri və kitabxanalar üçün Brayl şrifti ilə çap edilmiş ədəbiyyatların əldə olunması təmin ediləcək. Azərbaycan Dövlət Televiziyasının proqramlarında, kino və videofilmlərdə subtitr və ya surdotərcümə sisteminin tətbiq edilməsi də nəzərdə tutulur.
Bu dəyişiklik eyni zamanda, milli qanunvericiliyin BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiyası”na uyğunlaşdırılması istiqamətində növbəti addımdır. Belə ki, ölkəmizin 2 oktyabr 2008-ci ildə ratifikasiya etdiyi həmin Konvensiyanın 21-ci maddəsinə əsasən, bu sənədə qoşulan ölkələrin öhdəliklərindən biri kimi jest dillərinin, Brayl əlifbasının, əlilliyi olan şəxslərin seçiminə uyğun gücləndirici və alternativ üsulların, ünsiyyətin bütün digər üsullarının, metod və formatların rəsmi münasibətlərdə qəbul olunması və istifadəsinin təmin olunmasıdır.

MSK növbədənkənar parlament seçkiləri ilə əlaqədar Təqvim Planını təsdiqləyib
07
Dekabr
Məzahir Pənahov: Seçilmək arzusunda olan vətəndaşlarımız müraciət edə bilərlər
07
Dekabr- 09-12-2019 08:40 Kənd yumurtaları alarkən diqqətli olun
- 07-12-2019 14:24 MSK növbədənkənar parlament seçkiləri ilə əlaqədar Təqvim Planını təsdiqləyib
- 07-12-2019 13:25 Xətai rayonunda su olmayacaq
- 07-12-2019 13:18 Qar yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ
- 07-12-2019 12:00 Neft yenidən bahalaşıb
- 07-12-2019 11:55 İran Azərbaycanla kosmik sahədə əməkdaşlıqda maraqlıdır
- 07-12-2019 08:39 Milli Məclisin deputatı vəfat edib
- 06-12-2019 16:49 İstirahət günlərinin hava proqnozu açıqlanıb
- 06-12-2019 15:12 Energetika Nazirliyi yenidən Hökumət Evində fəaliyyət göstərəcək
- 06-12-2019 13:23 Şənbə gününün hava proqnozu açıqlanıb
- 06-12-2019 11:23 Sabah MSK parlament seçkiləri ilə əlaqədar toplanacaq
- 06-12-2019 11:18 Antisanitar saçaqlı pendir sexi aşkarlandı - FOTO
- 06-12-2019 10:49 Kirayə evlərin necə satılacağı məlum oldu - Bu da şərtlər
- 06-12-2019 09:45 Azərbaycanda ötən il doğulanlar daha çox yaşayacaqlar
- 06-12-2019 09:44 Baş nazirdən valideyn himayəsindən məhrum uşaqlarla bağlı QƏRAR
- 06-12-2019 08:18 Bu gün ölkənin bütün regionlarında ağacəkmə kampaniyası keçiriləcək
- 05-12-2019 15:15 Daşkəsəndə qarın hündürlüyü 16 sm-ə çatıb - FAKTİKİ HAVA
- 05-12-2019 14:56 Mənzil İnşaat Dövlət Agentliyinə yeni aparat rəhbəri təyin edilib
- 05-12-2019 14:52 Bu gün Şamaxıda "ASAN Xidmət" Mərkəzinin açılışı olacaq
- 05-12-2019 14:21 Sabah ölkə ərazisində 650 min ağac əkiləcək
- 05-12-2019 13:25 Kürdəmirdə avtomobil “KamAZ”a çırpılıb - Ölən və yaralananlar var
- 05-12-2019 12:34 Sabahın hava proqnozu açıqlanıb
- 05-12-2019 12:28 Nazirlər Kabinetinin qərarı ilə Yeni il tətilinin fasiləsizliyi təmin edilib - AÇIQLAMA
- 05-12-2019 10:30 Nazirlik 6 yeni “e-arayış” xidmətini təqdim edib
- 05-12-2019 10:24 Xaçmaz Rayon İcra Hakimiyyətində yeni təyinat olub