Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 Oktyabr

2019
15:39
Gülümsəyin bəylər...

"Söhbət vaxtına çəkər" deyiblər. 

1992-ci ilin payız ayları idi. 6-cı sinifdə oxuyurdum. 

Bir axşam yol qapımız döyüldü. Çıxdım, atamı istəyirdilər. İş yoldaşı idi. 

Atam onunla elə bayırdaca söhbət edib qayıtdı. Heç nə demədi.

Üstündən illər keçdi, təxminən 20 il. Bir dəfə söhbət düşəndə, həmin hadisəni, yəni axşam o iş yoldaşı ilə etdiyi söhbəti danışdı. Dedi ki, həmin adam neçə gün idi işə çıxmırdı və işə çıxmadığı üçün də gündəlik tabel kitabında idarə rəhbəri olaraq onun işə çıxmadığını qeyd edirmiş. Həmin işçi isə, "nəyə görə mənim işə çıxmadığımı kitabda qeyd edirsən", - deyə etiraza gəlibmiş. Atam isə həmin işçiyə işə çıxmadığını və buna görə qeydiyyat apardığını xatırladıb. İşçinin həmin vaxt dediyi söz atamı heyrətləndirib: "Mən zavodda yoxlama aparıram, mənim işə çıxmadığımı yazmağa ixtiyarın yoxdur."

Qeyd edim ki, atam poçt şöbəsində işləyirdi və həmin işçi də orta təhsilli poçtalyon idi. Onu zavoda yoxlamaya göndərən isə AXC hökumətinin yerli icra orqanı idi.

Buna da baxın: Müsavatı növbəti istefa dalğası gözləyir

Birdən sual yaranar ki, hadisəni niyə xatırladım?

Bir vaxtlar rəhbərliyi altında çalşdığım, qələminə hörmət etdiyim, ictimai-siyasi fəal xanımlardan biri, Müsavat Partiyasının Qadınlar Birliyinin keçmiş sədri Alya Yaqublu partiyanın son toplantısında baş verən bir hadisəyə münasibət bildirməsi yuxarıda qeyd etdiyim hadisəni mənə xatırlatdı.

Alya xanım yazır: "İsa Qəmbərin və Arif Hacılının sürücülərini partiyanın (Müsavat Partiyası) ali nəzarət orqanına - Mərkəzi Nəzarət Təftiş Komissiyasına seçilmələri münasibətilə təbrik eləyirəm. İsa Qəmbərin sürücüsü digərlərindən az səs aldığı üçün əsas heyətə düşməyib, hər hansı səbəbdən yer boşalsa, o yerə keçəcək."

Təxminən eyni mənzərədir. Birində poçtalyon "revizor" təyin edilir, digərində isə sürücü MNTK üzvü seçilir. Mən burada insanları aşağılamaq niyyətində deyiləm. Poçtalyon "revizor" təin edilə bilər, amma buna savadı və iş təcrübəsi imkan verirsə. Sürücü də MNTK üzvü seçilə bilər, amma bu işə sürücülükdən gəlmirlər. O cür ciddi bir orqana mərtəbə-mərtəbə qalxırlar.

Paralel olaraq başqa bir hadisəni də xatırladım. Həmin illərdə bu cür işlərə yaşımın azlığı və marağımın olmaması imkan verməyim izləməyə. Amma sonra qarşıma çıxdıqca diqqətlə izləmişəm.

Milli Qəhrəmanımız şəhid Şahlar Şükürovun atası, 1993-95-ci illərdə Kəlbəcərin icra başçısı vəzifəsini daşıymış mərhum Əvəz Şükürovun Milli Məclisdəki çıxışını hamı xatırlamasa da, xatırlayanlar az deyil. Məlumatsız olanlara isə aşağıda videonu təqdim edirəm.

Əvəz Şükürov həmin illərdə parlamentdəki dinləmələr zamanı çıxışında bildir ki, Kəlbəcərin icra başçısı vəzifəsinə montyorun təyin olunubmuş, müavinlərinin biri isə 10 il həbs yatmış cinayətkar imiş.

Bunu da niyə xatırlatdım? Çünki həmin vaxtlar Azərbaycan Respublikasının Ərazi Hakimiyyət və İdarəetmə Orqanları ilə İş üzrə Dövlət Müşaviri vəzifəsində yerli icra hakimiyyəti strukturlarının işinə rəhbərlik edən şəxs Arif Hacılı, montyoru o vəzifəyə təyin edən isə İsa Qəmbər olub.

Bəli, sürücülərini Müsavat Partiyasının Mərkəzi Nəzarət Təftiş Komissiyasına seçdirən Arif Hacılı və İsa Qəmbər.

Gülümsəyin bəylər...

Aqil Mehdi

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bakıda professor evində ölü tapılıb

21

Noyabr
11:59
HÜQUQ,HADİSƏ
140

Akif Çovdarovun müdafiəsinə yeni vəkil qoşulub

21

Noyabr
11:25
BÖLMƏNİ DÜZ SEÇ!
135

FHN: 233 binaya müsbət rəy verilib

21

Noyabr
11:25
ÖLKƏ
137

ATƏT sədri Azərbaycana gəlir

21

Noyabr
11:18
SİYASƏT
117

Avtobus qəzası ilə bağlı RƏSMİ AÇIQLAMA - FOTO

21

Noyabr
10:45
HÜQUQ,HADİSƏ
180

Bakıda yağışa görə sürət həddi endirildi

21

Noyabr
10:37
NƏQLİYYAT
115

Xarici valyutaların manata qarşı məzənnələri

21

Noyabr
09:25
İQTİSADİYYAT
226

Neft ucuzlaşıb

21

Noyabr
09:20
İQTİSADİYYAT
235

Bakıda ağır yol qəzası baş verib, ölənlər var

21

Noyabr
08:57
HÜQUQ,HADİSƏ
261

Bakıda sərnişin avtobusu mikroavtobusla toqquşub

21

Noyabr
08:47
HÜQUQ,HADİSƏ
265

Tehran ABŞ-a nota göndərib

20

Noyabr
21:43
DÜNYA
237
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-11-2019 12:49



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru