Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 Oktyabr

2019
11:21
661
Miyopiyadan qorunmağın üsulları açıqlanıb

Miyopiyanın qarşısını almaq üçün açıq havada daha çox gəzmək və aktiv həyat tərzi sürməki tövsiyə olunur. FaktXeber.com-un verdiyi məluamata görə, bu barədə rusiyalı mütəxəssislər bəyan ediblər.

Onlar miyopiyanın bu gün dünyada uşaqlarda və yeniyetmələrdə ən çox görülən göz xəstəliyi olduğunu xatırladaraq, bunun qarşısını almağın yollarını izah ediblər.

Bildirilir ki, görmə pozğunluğunun yayılması və həyat tərzi arasındakı əlaqə sahəsindəki son araşdırmaların nəticələri miyopiyanın səbəbinin vizual stresdə deyil, vaxtlarını daha çox təhsil almağa sərf edən uşaqların gəzintiyə az zaman sərf etməsi ilə əlaqədar olduğunu aydınlaşdırıb.

Parkda gəzmək, meşəyə getmək, bağçılıq, həyətdə oynamaq, sadəcə məhəllədə gəzmək, təmiz havada hər hansı bir fəaliyyət yaxşı formanın qorunmasına kömək edir, piylənmə və digər xəstəliklərdən, o cümlədən miyopiya ehtimalından qoruyur.

Uşağın artıq miyopiyadan əziyyət çəkdiyi bir zamanda belə, gəzinti vaxtının artması xəstəliyin inkişaf sürətini ləngidir.

Qeyd edək ki, bu gün dünyada Ümumdünya Görmə Günü qeyd olunur. ÜST bununla bağlı hesabat yayımlayıb. Yayılan məlumatlara görə, hazırda Yer üzündə 2,2 milyarddan çox insan tamamilə kordur və ya görmə ilə bağlı problemi var. Eyni zamanda, təqribən bir milyard insanın oftalmoloji xidmətlərə imkanı olsaydı, belə bir aqibətin qarşısını ala bilərdi.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Əli Kərimli həbs olundu - VİDEO

19

Oktyabr
18:54
ÖLKƏ
1004

Sabah 26 dərəcəyə qədər isti olacaq

19

Oktyabr
13:17
ÖLKƏ
58

Azərbaycan neftinin qiyməti bahalaşıb

19

Oktyabr
12:03
İQTİSADİYYAT
85

ƏRBƏİN - Aşuranın 40-cı günü

18

Oktyabr
16:27
MƏNƏVİYYAT
300

Eyyyy... Növbədə nə var? - ANALİZ

18

Oktyabr
15:39
ANALİZ
329
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-10-2019 15:09



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru