Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 Oktyabr

2019
20:50
Türkiyə ordusu Suriyanın şimalında əməliyyatlara başladı - VİDEO

Türkiyə ordusu Suriyanın şimalında PKK/YPG və İŞİD qruplaşmalarına qarşı yeni transsərhəd əməliyyatlarına başlayıb.

FaktXəbər-in məlumatına görə bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Tvitter hesabından elan edib.

Hərbi əməliyyatların başlanmasından əvvəl Ərdoğan rusiyalı həmkarı Putinlə telefon danışığı aparıb.

Ərdoğan hərbi əməliyyatların “Barış Pınarı Harekatı” kod adlı ilə keçirildiyini bildirib: “Türk Silahlı Qüvvələrimiz Suriya Milli Ordusu ilə birlikdə Suriyanın şimalında PKK/YPG və İŞİD terror təşkilatlarına qarşı “Barış Pınarı Harekatı”na başlamışdır. Ölkəmizə yönəlmiş terror təhdidini aradan qaldıracağıq. Yaradacağımız təhlükəsiz bölgə sayəsində suriyalı qaçqınların ölkələrinə dönmələrinə imkan yaranacaq, bütün bölgə xalqını terrorun cəngindən xilas edəcəyik.”

Ərdoğanın hərbi əməliyyatların başlanmasını elan etməsindən az sonra Türkiyə aviasiyası Suriyanın şimalındakı Resulayn bölgəsində YPG mövqelərinə zərbələr endirib. Hərbi əməliyyatların başlanmasından əvvəl Türkiyə xüsusi təyinatlılarının vurulcaq hədəflərin koordinatlarını müəyyənləşdirmək üçün Suriyaya keçdiyi bildirilir.

Bu arada isə Suriya Xarici İşlər Nazirliyi bəyanat yayaraq Türkiyənin addımlarını pisləyib və Suriyanın ərazi bütövlüyünə təcavüz edildiyini açıqlayıb. Qeyd edilib ki, Tütkiyə ordusunun Suriyanın razılığı olmadan onun ərazilərində əməliyyat keçirməsi beynəlxalq qanunların açıq şəkildə pozulmasıdır.

Məqalədə : Suriya Türkiyə 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
43423

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
41703

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
43366

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
42817

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
48330

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
42878

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
43325
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


28-09-2020 05:00





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru