Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 Oktyabr

2019
20:24
Azərbaycan-Gürcüstan sərhədlərinə ekspertlərin baxışı başa çatıb

Azərbaycan və Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının ekspertləri öz işini tamamlayıb.

Bu barədə komissiyanın Gürcüstan tərəfdən həmsədri, Gürcüstan Xarici İşlər nazirinin müavini Laşa Darsalia məlumat verib.

O bildirib ki, yaxın gələcəkdə danışıqların növbəti raundu keçiriləcək.

“Ekspert qruplarının Gürcüstan-Azərbaycan sərhədlərinin razılaşdırılmamış ərazilərinə baxışı başa çatıb. Bunun əsasında yaxın vaxtlarda Azərbaycan və Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının iclası keçirilməlidir. Ümid edirik ki, azərbaycanlı həmkarlarımızla tərəfdaşlıq ruhunda məsələyə çıxış yolu tapacağıq”, - deyə L. Darsalia bildirib.

Qeyd edək ki, Gürcüstan və Azərbaycan arasında dövlət sərhədinin demilitasiyası və demarkasiya üzrə Dövlət Komissiyasının ekspertlərinin ilk görüşü 19-23 avqust tarixlərində baş tutub. Ekspertlərin ikinci görüşü isə sentyabrın 23-də başlayıb. Hər iki ölkədən olan ekspertlər Gürcüstan və Azərbaycanın sərhəd xəttinin 15-ci, 16-cı, 17-ci, 18-ci, 20-ci, 22-ci və 24-cü seksiyalarında müşahidə və geodeziya işləri aparıblar./APA

Məqalədə : Azərbaycan-Gürcüstan 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bakıda məktəbli qızı maşın vuraraq öldürüb

18

Yanvar
14:09
HÜQUQ,HADİSƏ
169

Azərbaycan nefti ucuzlaşdı

18

Yanvar
12:23
İQTİSADİYYAT
187

Ötən günün yol qəzaları: 4 ölü, 4 yaralı

18

Yanvar
11:40
HÜQUQ,HADİSƏ
181

Ceyhun Bayramovdan yeni təyinat

18

Yanvar
11:29
ELM / TƏHSİL
10300

ABŞ etiraf etdi: Bacarmırıq

18

Yanvar
10:43
DÜNYA
408

Mikroavtobus süpürgəçini vuraraq öldürdü

18

Yanvar
09:55
HÜQUQ,HADİSƏ
326
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-01-2020 15:09



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru