Xəbər Lenti
İnfoqrafika
Arxiv
Yazar

“Azərbaycan Hava Yolları” QSC (AZAL) və Çinin yüksək texnoloji “Ehang Intelligent Equipment” şirkəti Heydər Əliyev Beynəlxalq Aeroportunda mülki pilotsuz uçuş aparatlarının (dronların) idarə edilməsi üçün vahid mərkəzin yaradılması barədə müqavilə imzalayıblar.
AZAL-dan FaktXəbər-ə verilən məlumata görə, müqavilə bu gün Bakıda AZAL prezidenti Cahangir Əsgərov və “Ehang Intelligent Equipment” şirkətinin prezidenti Huaji Hu tərəfindən imzalanıb.
“Pilotsuz nəqliyyat vasitələrinin istifadəsində müşahidə olunan aktiv artım ən çox diqqət cəlb edən qlobal tendensiyalardan biridir. Dronların geniş tətbiqi müasir dünyada mühüm rol oynayır. Bu baxımdan mülki aviasiya üçün PUA-lardan istifadənin təhlükəsizliyi əsas məsələdir", - deyə C. Əsgərov bildirib.
Mərkəzin prioritet vəzifəsi dronların aerodromun ərazisinə icazəsiz daxil olmasının qarşısını almaqdır, çünki dronların nisbətən aşağı hündürlükdə uçması və hətta uçuş-enmə zolağının ərazisinə daxil ola bilməsi təhlükə yarada bilər.
Mülki təyyarələrin PUA-lar ilə toqquşmasının qarşısını almaq üçün ilk dəfə olaraq yeni mərkəz Azərbaycanın hava hərəkətinə nəzarət sistemi ilə birləşdiriləcək.
Mərkəz həmçinin aerodromların dizaynında və aeronaviqasiya xəritələrinin hazırlanması zamanı vacib olan 3D xəritəçəkmə və relyefin skan edilməsi funksiyalarına malikdir.
Komanda mərkəzinin veb əlavəsində lazım olduğu təqdirdə PUA-ların və onların pilotlarının qeydiyyatı, sertifikasiya sənədləri və uçuşların həyata keçirilməsinə icazə verilməsi barədə məlumatlar yer alacaq.
“Ehang” şirkəti eyni zamanda Azərbaycan Milli Aviasiya Akademiyasında yeni mütəxəssislərin hazırlanması və gələcəkdə xarici tələbələrin cəlb edilməsi ilə PUA-ların idarəedilməsi simulyator kompleksinin texniki bazasını təchiz etmək təşəbbüsü ilə çıxış edib.
Qeyd edək ki, AZAL-ın nəzdindəki AZANS Hava Hərəkəti İdarəsinin Azərbaycanın hava məkanında uçuşların təhlükəsizliyini təmin edir. AZANS hər gün 500-dən çox təyyarəyə xidmət göstərir ki, bunlardan da 300-ü Azərbaycan üzərindən keçən tranzit reyslərin payına düşür.
Xatırladaq ki, “Ehang Intelligent Equipment” – pilotsuz uçuş aparatları üçün platforma işləyib hazırlayan aparıcı şirkətdir. Müxtəlif sektorlardan müştəriləri PUA-lar və kommersiya həlləri ilə təmin edir.

Cəlilabadda xüsusi əməliyyat - Quldurluq edən şəxs saxlanıldı - FOTO
14
Dekabr
Seyid Həsən Nəsrullah: ABŞ Livandakı etirazlardan sui-istifadə etmək istəyir
14
Dekabr
Türkiyə hərbçiləri Azərbaycan Hərbi Dəniz Qüvvələrinin təlim məşqlərini izləyib - FOTO
14
Dekabr
Növbədənkənar parlament seçkilərində 71 nəfərin namizədliyi təsdiq olunub
14
Dekabr
Növbədənkənar parlament seçkilərində iştirak edəcək siyasi partiyaların sayı 9-a çatıb
14
Dekabr
Dağlıq Qarabağın azərbaycanlı icması Avropa Parlamentinin 751 deputatına məktub göndərib
14
Dekabr
Nadir Nəbiyev: "Bu gün komandasını satan sabah torpağını, millətini də satar"
14
Dekabr05-11-2019 15:20 Yəmən ordusu son 1 həftədə Səudiyyənin 3-cü dronunu məhv edib
01-11-2019 15:54 Husilər ABŞ istehsalı dronu vurub
01-10-2019 11:37 Pekin ilk dəfə olaraq səsdən sürətli "Lijian" dronunu nümayiş edib-VİDEO
25-09-2019 12:26 Pakistandan dronlar vasitəsilə Hindistanda terrorçulara silahlar ötürülüb-VİDEO
21-09-2019 13:47 Azərbaycanda yeni hərbi təyinatlı dron sınaqdan keçirilib-FOTO
16-09-2019 14:49 "Ənsarullah" öz dronlarını istehsal edir
- 14-12-2019 18:55 Bakının 3-cü mikrorayonunda elektrik enerjisinin verilişi dayandırıldı
- 14-12-2019 18:14 SON DƏQİQƏ: Bakıda daha bir bazar yanır - VİDEO
- 14-12-2019 14:57 Ağcabədidə 340 abonentin qazı kəsilib - SƏBƏB
- 14-12-2019 13:04 Bazar günü hava yağmursuz olacaq
- 14-12-2019 12:56 “EuroHome”dakı yanğınla bağlı müşavirə keçirilib
- 14-12-2019 12:47 “Şahdağ” Turizm Mərkəzində xizək mövsümünə start verilib
- 14-12-2019 12:45 Dağlıq Qarabağın azərbaycanlı icması Avropa Parlamentinin 751 deputatına məktub göndərib
- 14-12-2019 12:25 Nadir Nəbiyev: "Bu gün komandasını satan sabah torpağını, millətini də satar"
- 14-12-2019 11:45 MTRŞ tezliklərin dəyişdirilməsinin səbəblərinə aydınlıq gətirib
- 14-12-2019 11:39 “Nar” şirkəti fırıldaqçılarla bağlı abunəçilərinin müraciət edib
- 14-12-2019 10:59 Bakıda kirayə evlər sürətlə bahalaşır
- 14-12-2019 09:26 İstirahət günlərində hava necə olacaq?
- 13-12-2019 21:55 Mingəçevirdə antisanitar şəraitdə fəaliyyət göstərən çörək sexi aşkarlanıb - FOTO
- 13-12-2019 19:20 Qubada məktəb binası yandı
- 13-12-2019 18:00 İlham Əliyev Dövlət Agentliyinə 15,4 milyon manat ayırıb
- 13-12-2019 17:40 AFFA bir neçə futbolçunun fəaliyyətinə qadağa qoyub
- 13-12-2019 17:15 20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə əlaqədar - SƏRƏNCAM
- 13-12-2019 16:22 DSX: Bu il Ermənistanla sərhəddə 3 yeni hərbi hissə inşa olunub
- 13-12-2019 15:55 Prezident İlham Əliyev ilk tankerin istismara verilməsi mərasimində
- 13-12-2019 15:36 “Uşaqlığın son gecəsi” filminin Zauru evində ölü tapıldı
- 13-12-2019 15:22 Bakıda və regionlarda yeni hotellər açılacaq
- 13-12-2019 14:04 Nazir Novruz Məmmədovun oğluna yeni vəzifə verdi
- 13-12-2019 13:45 Bakıda yeni Kiçik Su Elektrik Stansiyası istismara verilib
- 13-12-2019 13:04 Şənbə gününün hava proqnozu açıqlanıb
- 13-12-2019 12:55 Azərbaycan millisinin baş məşqçisi istefaya göndərildi