Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 Oktyabr

2019
16:07
814
Ruhani: Qardaşımız Türkiyə daha çox diqqətli olmalıdır

İran prezidenti Həsən Ruhani son günlər bölgədə, xüsusən Suriya-Türkiyə sərhədində baş verən hadisələrə münasibətini bildirərək narahatlığını ifadə edib.

FaktXəbər-in İRNA-ya istinadən məlumatına görə, Həsən Ruhani alovun hələ də bölgənin hər tərəfində olduğunu söyləyərək, bunun bəzən Yəməndə, bəzən Aralıq dənizi ətrafında, o cümlədən Türkiyə və Suriya sərhədləri yaxınlığında qeydə alındığını deyib:

"Türkiyə hökumətinin cənub sərhədləri ilə bağlı narahatlığı var və bu narahatlıqları həll etmək hüququna sahibdir. İnanırıq ki, bu istiqamətdə düzgün yol seçilməlidir. Üç ölkənin - İran, Rusiya və Türkiyənin zirvə toplantısında açıq şəkildə bildirdik ki, Suriyanın şimal və cənub Türkiyə sərhədlərində təhlükəsizlik həlli yalnız Suriya ordusunun iştirakı ilə mümkündür və Suriya ordusunun bu bölgələrdə olması üçün bütün əsasları təmin etməliyik. Amerikalılar bölgədən çıxsınlar və bölgədəki kürdlər öz ölkələri olan Suriyanın ordusuna qoşulsunlar."

Ruhani daha sonra bildirib ki, bu gün seçilən tərz və pərdə arxasında imzalanan razılaşmalar bölgəyə heç bir fayda verməyəcək: "Dostumuz, qardaşımız Türkiyəni bu kimi məsələlərdə daha çox diqqətli, səbirli olmağa çağırırıq. Biz bölgə üçün seçilən yolun yaxşı olmadığına inanırıq. Bu gün bölgədə sülh olmalı və suriyalı qaçqınlar tez bir zamanda ölkələrinə qayıtmalıdır. Əsas məsələ Suriyanın şimalında və Fəratın şərqində deyil, bütün terrorçuların toplandığı İdlib bölgəsindəki problemdir. Ümid edirik ki, bölgə ölkələri kömək edəcək və Türkiyə hökuməti bu problemlə məşğul olmaqda daha diqqətli olacaqdır."

Məqalədə : Həsən Ruhani Türkiyə Suriya 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Əli Kərimli həbs olundu - VİDEO

19

Oktyabr
18:54
ÖLKƏ
1006

Sabah 26 dərəcəyə qədər isti olacaq

19

Oktyabr
13:17
ÖLKƏ
58

Azərbaycan neftinin qiyməti bahalaşıb

19

Oktyabr
12:03
İQTİSADİYYAT
85

ƏRBƏİN - Aşuranın 40-cı günü

18

Oktyabr
16:27
MƏNƏVİYYAT
300

Eyyyy... Növbədə nə var? - ANALİZ

18

Oktyabr
15:39
ANALİZ
338
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-10-2019 15:34



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru