Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 Oktyabr

2019
10:12
513
`Azərkosmos`da yeni təyinat olub

Mark Qusriye “Azərcosmos” ASC-nin Baş kommersiya direktoru vəzifəsinə təyin olunub.

FaktXəbər ASC-yə istinadən məlumat verir ki, Mark Qusriye karyerasına İngiltərənin telekommunikasiya və peyk rabitəsi bazarında lider olan “British Telecom” şirkətində başlayıb. Daha sonra Avropanın aparıcı peyk operatoru “SES” şirkəti tərəfindən alınan “Europe Star” və “Verestar” şirkətlərində rəhbər vəzifələrdə işləyib. M.Qusriye fəaliyyətini “SES” şirkətinin ABŞ və Böyük Britaniyadakı ofislərində peyk xidmətlərini idarə etmək, satış əməliyyatlarını aparmaq və “Men adası”nda peyk xidmətlərinin icarəsi üzrə rəhbər vəzifələrdə davam edib. Mark 2013-cü ildən “KVH” qlobal mobil rabitə xidmətləri təklif edən şirkətdə Satış üzrə vitse-prezident vəzifəsinə təyin edilib və bir müddətdən sonra “KVH” şirkətinin Asiya-Sakit okean bölgəsi üzrə Birinci vitse-prezident olub.

Mark Qusriye Nottinqem Trent Universitetindən “Elektrik və Elektron Mühəndisliyi” üzrə bakalavr və magistr dərəcələri alıb. O, həmçinin, İngiltərənin Henley İdarəetmə Kollecində M.B.A. üzrə təhsilini davam etdirib.

Böyük Britaniyada və ABŞ-da satış əməliyyatları və peyk xidmətləri üzrə yüksək təcrübəyə malik olan Mark Qusriye həm regional, həm də beynəlxalq səviyyədə “Azərkosmos”un uzunmüddətli kommersiya strategiyasına istiqamət verəcək və şirkətin satış potensialının artırılmasına dair səlahiyyətləri yerinə yetirəcək.

Mark Qusriye bu ilin oktyabr ayından etibarən “Azərkosmos”un Bakı ofisində fəaliyyətinə başlayıb.

Məqalədə : Azərcosmos 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Əli Kərimli həbs olundu - VİDEO

19

Oktyabr
18:54
ÖLKƏ
1021

Sabah 26 dərəcəyə qədər isti olacaq

19

Oktyabr
13:17
ÖLKƏ
60

Azərbaycan neftinin qiyməti bahalaşıb

19

Oktyabr
12:03
İQTİSADİYYAT
88

ƏRBƏİN - Aşuranın 40-cı günü

18

Oktyabr
16:27
MƏNƏVİYYAT
304

Eyyyy... Növbədə nə var? - ANALİZ

18

Oktyabr
15:39
ANALİZ
340
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-10-2019 16:15



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru