Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 Oktyabr

2019
10:01
Erməni general: `Bizdə əsir götürülən azərbaycanlı yoxdur`

"Ermənistanda əsir götürülən azərbaycanlı yoxdur". FaktXeber.com-un erməni mediasına istinadla verdiyi məlumata görə, bu barədə Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Artak Davtyan bildirib.

Onun sözlərinə görə, əgər söhbət Qarabağda saxlanılan iki nəfərdən gedirsə bu Bako Sakyanın işidir: "Mənim bu barədə cavab verməyə səlahiyyətim yoxdur".

Xatırladaq ki, Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Bakının Dilqəm Əsgərov və Şahbaz Quliyevi həbsdə olan Ermənistan vətəndaşları Karen Kazaryan və Araik Kazaryanla mübadilə etməyə hazır olduğunu bildirmişdi.

Daha əvvəl Ermənistanın müdafiə naziri jurnalistlərə açıqlamasında mübadilə imkanlarını istisna etmədiyini vurğulamışdı.

Qeyd edək ki,  bir müddət əvvəl Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsində (AİHM) kommunikasiya davam etdiyini və kommunikasiyanın bu ilin sonunadək yekunlaşmasının gözlənildiyini demişdi: "Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi ilə bağlı şikayət ərizəsi hazırlanıb və 15.05.2015-ci il tarixdə Avropa İnsan Hüquqları Məhkəməsinə göndərilib. 10.06.2015-ci il tarixdə Avropa Məhkəməsi tərəfindən ərizənin icraata qəbul olunması haqqında məktub alınıb və yazışmalara başlanılıb".

Qeyd edək ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H.Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib. İşğal altındakı Dağlıq Qarabağda D.Əsgərov və Ş.Quliyev üzərində qanunsuz "məhkəmə” qurulub. "Məhkəmə”nin qərarı ilə D.Əsgərov ömürlük, Ş.Quliyev 22 il müddətinə azadlıqdan məhrum edilib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sumqayıtda 22 yaşlı oğlan dənizdə batıb

22

Fevral
10:00
HÜQUQ,HADİSƏ
580

Düşmən atəşkəsi 23 dəfə pozub

22

Fevral
09:50
HƏRB
457

Şeyx Sərdar azadlıqdadır

22

Fevral
09:30
HÜQUQ,HADİSƏ
710

Şamaxıda zəlzələ baş verib

22

Fevral
08:18
ÖLKƏ
549

Fevralın 24-nə manatın məzənnəsi

21

Fevral
17:16
İQTİSADİYYAT
480
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-02-2020 23:24



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru