Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

08 Oktyabr

2019
11:26
501
`Leş Tofiq” hadisəsi ilə bağlı geniş araşdırmalar həyata keçirilir - RƏSMİ AÇIQLAMA

Bir müddət öncə Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssislərinin iştirakı ilə “Leş Tofiq” ləqəbli Alıbəy Rzaxanovun başçılıq etdiyi cinayətkar dəstə üzvləri həbs edilib.

FaktXəbər-in məlumatına görə, dəstə üzvlərinə məxsus Abşeron rayonunun Güzdək qəsəbəsində, Sabirabad rayonunun Xəlfəli kəndində, Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən sex, anbar və gizli saxlanc yerlərinə baxış keçirilərkən 40 tona yaxın qidaya yararsız, mənşəyi məlum olmayan mal və at əti aşkar olunub.

Bu xəbərlərin ardınca sosial şəbəkələrdə “Leş Tofiq”in satdığı ətlərin Bakıdakı müxtəlif kafe və restoranlarda istifadə edildiyi barədə iddialar paylaşıldı. İddialara görə, “Leş Tofiq”in həbsindən sonra həmin iaşə müəssisələrində ət yeməklərinin, o cümlədən dönər və pizzanın qiymətləri qalxıb.

“Report” “Leş Tofiq”in həbsinə qədər ətləri hansı ərazilərə payladığı, o ətlərdən hansı restoran və kafelərdə istifadə edildiyi və həmin restoran və kafelərin hazırda fəaliyyət göstərib-göstərməməsi ilə bağlı suallarla Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə  sorğu ilə müraciət etdib.

Agentlikdən sorğuya cavab olaraq bildirilib ki, məlum hadisə ilə bağlı hazırda hüquq-mühafizə orqanları tərəfindən geniş araşdırmalar həyata keçirilir.

Məqalədə : Leş Tofiq 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Əli Kərimli həbs olundu - VİDEO

19

Oktyabr
18:54
ÖLKƏ
1005

Sabah 26 dərəcəyə qədər isti olacaq

19

Oktyabr
13:17
ÖLKƏ
58

Azərbaycan neftinin qiyməti bahalaşıb

19

Oktyabr
12:03
İQTİSADİYYAT
85

ƏRBƏİN - Aşuranın 40-cı günü

18

Oktyabr
16:27
MƏNƏVİYYAT
300

Eyyyy... Növbədə nə var? - ANALİZ

18

Oktyabr
15:39
ANALİZ
331
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-10-2019 15:22



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru