Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 Oktyabr

2019
10:02
579
Belə sürücüləri 50 manat cərimə gözləyir- VİDEO

Görüntülər 2 gün əvvəl Bakı-Sumqayıt yolunda çəkilib. Kadrlardan aydın olur ki, üzü şəhər istiqamətində hərəkət edən və 159 saylı xəttə aid olan avtobusda ciddi nasazlıq var. Bu səbəbdən marşurutdan çıxan qara tüstü ətrafa yayılır.

Araşdırma zamanı məlum oldu ki, həmin avtobuslar metronun ''20 Yanvar'' stansiyasından Sulutəpə qəsəbəsinə sərnişin daşıyırlar. Həmin xəttə işləyən sürücülərin dediyinə görə, avtobuslar mütəmadi olaraq texniki qulluqdan keçirilir.

Avtobusdan çıxan qara tüstünün səbəbini öyrənmək üçün daşıyıcı şirkətlə əlaqə saxladıq. Kalon rəisi Mahir Quliyev həmin faktdan xəbərdar olduqlarını bildirdi. Həmin avtobusla bağlı tədbir gördüklərini dedi.

Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisinin bölmə rəisi Vaqif Əsədov XəzərTV-yə bildirdi ki, nəqliyyat vasitələrinin ekologiyanı bu formada çirkləndirməsi yolverilməzdir. Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinə görə, ekologiyanı çirkləndirən nəqliyyat vasitələri 50 manat məbləğində cərimələnə bilər.

Məqalədə : cərimə YPX DYP 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

ƏRBƏİN - Aşuranın 40-cı günü

18

Oktyabr
16:27
MƏNƏVİYYAT
207

Eyyyy... Növbədə nə var? - ANALİZ

18

Oktyabr
15:39
ANALİZ
267

Bakı Dövlət Sirki köçür?

18

Oktyabr
15:33
ÖLKƏ
78

Modul tipli məktəblərin sayı artırılır

18

Oktyabr
14:34
ELM / TƏHSİL
116

Hesablama Palatasına auditor təyin ediləcək

18

Oktyabr
14:30
İQTİSADİYYAT
42

Kataloniyada ümumxalq tətil başlayıb

18

Oktyabr
12:51
DÜNYA
40

Bakı metrosunda qatarın qapıları açılmayıb

18

Oktyabr
11:49
HÜQUQ,HADİSƏ
62
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-10-2019 09:53



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru