Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

04 Oktyabr

2019
15:10
Baydenin oğlunun Ukraynada 15 cinayət işində adı hallanır

ABŞ-ın keçmiş vitse-prezidenti Co Baydenin oğlu Hanterin və "Burisma" kompaniyasının Ukraynada 15 cinayət işində adı hallanır. FaktXeber.com-un verdiyi məlumata görə, bunu Baş prokuror Ruslan Ryaboşapka "Naş" televiziya kanalında yayımlanan brifinqdə deyib. 

Məlumata görə, Kiçik Baydendən əlavə, keçmiş ekologiya naziri Nikolay Zloçevsky və oliqarx Sergey Kurchenko da bu işlə əlaqəsi ola bilər.

Ryaboşapka vurğulayıb ki, indi Baş Prokurorluq prosessual qərarlar qəbul etmək üçün əvvəllər qanunsuz bağlanmış və ya bölünmüş işlərə baxır.

Baş prokuror yoxlamanın davam etdiyini, işlərin sayının dəyişə biləcəyini vurğulayıb.

Hanter Bayden - Ukraynanın ən böyük özəl qaz şirkətlərindən biri olan "Burisma Group"un idarə heyətində olub. Ata Bayden ABŞ-ın vitse-prezidenti vəzifəsini icra edərkən, 2016-cı ildə Ukrayna hakimiyyətini "Burisma"nın fəaliyyətini araşdıran baş prokuror Viktor Şokini işdən çıxarmağa çağırıb. Sonradan o, işdən çıxarılıb. 2017-ci ilin avqust ayında "Burisma" istintaqı bağlanıb.

Bu şirkət ətrafındakı vəziyyət ABŞ və Ukrayna prezidentləri Donald Tramp və Vladimir Zelensky arasında telefon danışığından sonra diqqət mərkəzində olub. Danışıqlardan sonra adı açıqlanmayan bir kəşfiyyatçı rəhbərliyinə şikayət ünvanlayıb.

Sentyabr ayında Ağ Ev söhbətin transkriptini nəşr edib və sonra şikayətin özü açıqlandı. Steneoqramma Trampın Zelenskidən Şokinin işdən azad edilməsinin səbəbinin və Hanter Bayden işinin araşdırmasını istəməsini təsdiqlədi.

Məqalədə : Ukrayna Co Bayden hanter 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Abel Məhərrəmovun oğlu vəzifədən azad edildi

19

Aprel
13:24
HÜQUQ,HADİSƏ
170

Sabahın hava proqnozu açıqlandı

19

Aprel
13:13
ÖLKƏ
162

Tramp Baydeni dəstəklədi

19

Aprel
11:27
DÜNYA
440
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-04-2021 17:06





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru