
Zal nəzarətçisi fəaliyyətinin sertifikatlaşdırılması məqsədilə namizədlərin elektron qeydiyyatı davam edir.
Dövlət İmtahan Mərkəzindən FaktXəbər-ə verilən məlumata görə, sertifikat almaq üçün ali təhsilli, tabeliyindən və mülkiyyət növündən asılı olmayaraq hər hansı bir təşkilatda hal-hazırda işləyən (və ya iş yerinin olub-olmamasından asılı olmayaraq pedaqoji profilli ixtisaslar üzrə bakalavr ixtisas dərəcəsi olanlar), məhkumluğu olmayan, yaşı 25-45 (cari zal nəzarətçiləri bazasında olanlar üçün 25-55) arasında olan fiziki cəhətdən sağlam Azərbaycan Respublikasının vətəndaşları müraciət edə bilərlər.
Zal nəzarətçisi fəaliyyətinin sertifikatlaşdırılması prosesi ödənişlidir. İlk olaraq namizədlər Dövlət İmtahan Mərkəzinin internet səhifəsinə daxil olaraq “Şəxsi kabinet” açmalı və daha sonra buradan qeydiyyatdan keçməlidirlər. Qeydiyyat və müsahibə mərhələsi ödənişsizdir.
Namizədlər qeydiyyatdan keçdikdən sonra qeydiyyat vərəqini çap edir, imzalayır və aşağıdakı sənədləri də əlavə edərək e-poçtuna və ya mobil telefon nömrəsinə göndərilən bildirişdə qeyd olunan tarixdə Bakıda DİM-in mərkəzi binasına (Mikayıl Müşfiq küçəsi, 1M), regionlarda isə Gəncə, Şəki, Lənkəran, Xaçmaz, Bərdə, Göyçay, Şəmkir və Şirvan Regional Bölmə mərkəzlərinə şəxsən müraciət edirlər.
İmzalı qeydiyyat vərəqi;
Şəxsiyyət vəsiqəsi;
Ali təhsil haqqında sənəd (diplom);
İş yeri haqqında arayış (olduğu təqdirdə);
Məhkumluğun olmaması barədə arayış.
İlkin mərhələdə namizədin sənədləri yoxlanılır və təhsili, fəaliyyəti, iş təcrübəsi və digər məlumatların dəqiqləşdirilməsi ilə bağlı ilkin müsahibə keçirilir. Müsahibənin nəticəsi müsbət olduqda namizəd ümumi intellekt səviyyəsinin və psixoloji vəziyyətinin yoxlanılması üçün nəzərdə tutulan məntiq və psixometrik suallardan ibarət test imtahanına dəvət edilir. Test imtahanının vaxtı və yeri ilə bağlı məlumat namizədin e-poçt ünvanına və ya mobil telefon nömrəsinə göndərilir. Test imtahanında iştirak ödənişlidir və 10 manat təşkil edir. Ödəniş şəxsi kabinet vasitəsilə həyata keçirilir. Namizəd test imtahanında iştirak etmədikdə və ya lazımi nəticəni göstərmədikdə ödəniş geri qaytarılmır.
İlkin test imtahanından uğurla keçən namizədlər təlimlərə cəlb edilir. İntellekt səviyyəsini yoxlayan test imtahanından 40% müsbət nəticə göstərməyən ya psixometrik testlərin nəticəsi məqbul olmayan namizədlər növbəti mərhələyə buraxılmır.
Təlimlər intensiv formada – ikigünlük keçiriləcək. Təlimlərdə iştirak ödənişlidir və 50 manat təşkil edir. Ödəniş şəxsi kabinet vasitəsilə həyata keçirilir. Namizəd təlimlərdə iştirak etmədikdə və ya lazımi nəticə göstərmədikdə ödəniş geri qaytarılmır. Təlimlərin vaxtı və cədvəli qruplar komplektləşdirildikdən sonra namizədin e-poçt ünvanına və ya mobil telefon nömrəsinə göndərilir.
Namizəd təlimləri uğurla başa vurduqdan sonra yekun imtahandan keçir. İmtahandan 60% müsbət nəticə göstərərək uğurla keçənlər Dövlət İmtahan Mərkəzinin elektron nəzarətçilər bazasına zal nəzarətçisi statusu ilə və müvafiq kateqoriya alaraq daxil edilir, 85%-100% nəticə göstərənlər “A”, 85%-dən az nəticə göstərənlər isə “B” kateqoriyalı sertifikat alırlar. İmtahanlara təyinat zamanı fəaliyyəti sertifikatlaşdırılmış nəzarətçilərə üstünlük veriləcək.

Azərbaycanda vəzifəli şəxsin cinayət başında yaxalanma görüntüləri - ANBAAN VİDEO
25
İyun
Səudiyyə şahzadəsinin qonaqlığında: 39 vanna otağı olan Los Angelesdəki villa - FOTO
25
İyun
Dövlət qulluğuna qəbulla bağlı müsahibələrdə iştirak üçün qeydiyyat müddəti uzadıldı
25
İyun
Bakı xəstəxanasından: "Rentgenə baxırsan, pasiyentin ağciyərləri, sadəcə, yoxdur" - FOTO
25
İyun25-06-2020 10:59 Növbəti buraxılış imtahanları başlayıb
19-06-2020 18:00 Yalnız onlayn imtahanların keçirilməsinə icazə verilir
19-06-2020 16:19 3 nəfər yüksək hərarətə görə, 2 nəfər telefon keçirdiyinə görə imtahana burax
19-06-2020 11:34 Bu gün keçirilən imtahanların nəticələrinin məlum olacağı tarix açıqlandı
19-06-2020 09:00 Bu gün növbəti buraxılış imtahanları keçirilir
18-06-2020 19:35 Buraxılış və qəbul imtahanları təxirə salınacaqmı?
- 25-06-2020 10:59 Növbəti buraxılış imtahanları başlayıb
- 19-06-2020 18:00 Yalnız onlayn imtahanların keçirilməsinə icazə verilir
- 19-06-2020 16:19 3 nəfər yüksək hərarətə görə, 2 nəfər telefon keçirdiyinə görə imtahana buraxılmadı
- 19-06-2020 11:34 Bu gün keçirilən imtahanların nəticələrinin məlum olacağı tarix açıqlandı
- 19-06-2020 11:05 Dünya Bankından təhsillə bağlı qorxuducu açıqlama
- 19-06-2020 10:43 Təhsil Nazirliyi: Müsabiqənin bu ilki nəticələri ən yüksək göstəricidir
- 19-06-2020 09:00 Bu gün növbəti buraxılış imtahanları keçirilir
- 18-06-2020 17:46 Müəllimlərin yerdəyişməsinin nəticələri açıqlandı
- 18-06-2020 16:33 Magistraturaya qəbul olmaq üçün proqram və ixtisaslaşma seçimin vaxtı uzadıldı
- 18-06-2020 15:42 Qızdırması olan 4 şagird imtahana buraxılmadı, 3-ü zala telefon keçirdi
- 17-06-2020 17:20 İyunun 24-25-də keçiriləcək qəbul imtahanlarının qrafiki elan olunub
- 17-06-2020 15:27 Buraxılış imtahanlarının keçiriləcəyi məktəblərdə dezinfeksiya və təmizlik işləri aparılıb
- 17-06-2020 14:00 Vakant yer tutmuş namizədlərin sənədləri elektron şəkildə yoxlanılacaq
- 17-06-2020 11:04 Ali məktəblərə müsabiqə şərtləri məlum oldu
- 17-06-2020 09:13 Direktorların işə qəbulu müsabiqəsi avqustun əvvəlində keçirilə bilər
- 16-06-2020 15:43 Yalnız ibtidai sinif müəllimlərinin ikinci iş yerində işləməsinə icazə verilmir
- 16-06-2020 11:20 Beş məktəbdə peşə təmayüllü siniflər yaradılıb
- 16-06-2020 11:02 Dövlət ali təhsil müəssisələri lisenziyaya görə rüsumdan azad edilir
- 16-06-2020 10:45 Vətəndaşların qəbulu iyulun 1-dək dayandırılıb
- 16-06-2020 10:12 İyunun 18-19-da buraxılış imtahanları keçiriləcək
- 15-06-2020 13:21 Sabahdan "Dərs vaxtı"nın abituriyentlər üçün yayımına start verilir
- 15-06-2020 11:12 Bu şəxslər iş yerlərinin dəyişdirilməsi üçün müsabiqədə iştirak edə bilməz
- 15-06-2020 09:45 Məktəblərdəki vakansiyaların gizlədilməsi halları var idi
- 13-06-2020 13:35 Müəllimlərin yerdəyişməsi müsabiqəsinin nəticələrinin məlum olacağı vaxt açıqlanıb
- 13-06-2020 10:30 Müəllimlərin işə qəbulu ilə bağlı dəyişiklik edildi