Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

03 Oktyabr

2019
10:15
Xəzər dənizinin ən nəhəng gəmisi təmirdən sonra - FOTO

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Xəzər Dəniz Neft Donanmasının balansında olan və Xəzər dənizinin ən nəhəng gəmilərdən biri sayılan “General Əliağa Şıxlinski” kran gəmisinin gövdə hissəsi əsaslı təmir edilib.

“Bibiheybət” Gəmi Təmiri Zavodunun üzən tərsanəsində aparılan işlər yekunlaşdıqdan sonra gəmi suya buraxılıb.

Proses zamanı 600 ton yükqaldırma qabiliyyətinə malik gəminin protektor qoruyucuları, dib-yan armaturları təmir edilib, sualtı və suüstü hissələrdə yararsız metal lövhələr, qoruyucu metal kəmərlər dəyişdirilib, hər iki bortda qoruyucu-təkərlər (fender) yenilənib, təmizləmə-rənglənmə işləri görülüb.

Yük göyərtəsində yanalma əməliyyatında istifadə olunan roulslar işlək vəziyyətə gətirilib, yüklərin bərkidilməsi üçün istifadə olunan zədələnmiş metal konstruksiyalar yenisi ilə əvəzlənib.

Bütün bunlarla yanaşı, baş mühərriklərin yağ və su soyuducuları təmizlənib, gəminin boru sistemləri, sanitar qovşaqları, yaşayış otaqları təmir edilib, yeni mebellər quraşdırılıb, su keçirməyən qapılar, illüminatorlar, ventilyasiya qapaqları təmir olunub.

Hazırda gəmini yenidən istismara qayıtmaq üçün sınaq işləri aparılır.

Məqalədə : Təmir 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Şamaxıda zəlzələ oldu

18

Fevral
18:20
ÖLKƏ
307

Koreyada tuneldə 30 maşın toqquşub

18

Fevral
17:35
DÜNYA
289

Fevralın 19-na manatın məzənnəsi

18

Fevral
17:30
İQTİSADİYYAT
245

Baş Prokurorluqda kadr dəyişikliyi olub

18

Fevral
16:10
ÖLKƏ
337
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-02-2020 05:32



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru