Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

02 Oktyabr

2019
10:56
362
Bakı Ali Neft Məktəbi “Aramco” şirkəti ilə əməkdaşlığa başladı

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Səudiyyə Ərəbistanının milli neft şirkəti “Aramco Overseas”in nümayəndə heyəti ilə görüşüb. Görüşdə “Aramco Overseas” şirkətinin Azərbaycan nümayəndəliyinin baş direktoru Ahmad M. Al Şiha, şirkətin baş direktorunun müavini Abdullah M. Al Zahrani, biznesin inkişafı üzrə meneceri Murad Sadixov, Bakı Ali Neft Məktəbinin prorektoru Rəşad Həsənov, Ali Məktəbin aidiyyatı şöbə və kafedralarının əməkdaşları iştirak edib.

Qonaqları salamlayan rektor Elmar Qasımov Ali Məktəbin yaranma tarixi, fəaliyyəti, əldə etdiyi uğurlar, tədris prosesi, yeniliklər barədə ətraflı məlumat verib. O bildirib ki, Bakı Ali Neft Məktəbində yüksəkixtisaslı ingilisdilli mühəndis kadrları hazırlanır. Bununla yanaşı, “Neft-qaz mühəndisliyi” və “Kimya mühəndisliyi” ixtisasları üzrə Böyük Britaniyanın Heriot-Vatt Universitetinin tədris proqramları üzrə təhsil həyata keçirilir.

Bundan başqa, rektor BANM-in tələbələrinin nüfuzlu yerli və transmilli şirkətlərdə istehsalat təcrübəsi keçdiyini vurğulayaraq, Ali Məktəbin “Aramco Overseas” ilə bu istiqamətdə birgə əməkdaşlığa maraqlı olduğunu bildirib.

“Hazırda Səudiyyə Ərəbistanın ən böyük milli neft şirkətinin Bakıda nümayəndəliyi fəaliyyət göstərir. Biz qısa zamanda əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə maraqlıyıq. Çox istərdik ki, Bakı Ali Neft Məktəbinin tələbələri təmsil etdiyiniz şirkətdə təcrübə keçsin, eyni zamanda, Səudiyyə Ərəbistanlı tələbələr BANM-də təhsil alsınlar. Eyni zamanda, “Aramco Overseas” tərəfindən təsis edilən təqaüd proqramlarında azərbaycanlı tələbələrin də iştirakı arzuolunandır”.

“Aramco Overseas” şirkətinin Azərbaycan nümayəndəliyinin baş direktoru Ahmad M. Al Shiha öz növbəsində bildirib ki, Azərbaycanın Səudiyyə Ərəbistanla intensiv sosial-iqtisadi, mədəni əlaqələri mövcuddur.

“Bu gün bizim şirkətin əsas ofisində neft-qaz, mühasibatlıq, hüquq departamentlərində ləyaqətli, peşəkar azərbaycanlılar işləyir. Bilirəm ki, Azərbaycanda insanlar hədəfə köklənir. “Aramco Overseas” şirkəti hər zaman yeni kadrlar axtarışındadır. Elə bu səbəbdən də, yeni peşəkar kadrların işə cəlb olunması istiqamətində BANM-in məzunlarından faydalana bilərik. Zəruri təlimlərdən sonra onların işə qəbul olunması mümkündür. Biz şirkət olaraq Səudiyyə Ərəbistanlı tələbələrin tam təqaüdlə Bakı Ali Neft Məktəbində təhsil almasını təmin edə bilərik. Hər il bizim şirkətin təqaüd proqramları çərçivəsində 500-dək tələbə Böyük Britaniya, Amerika Birləşmiş Ştatları, Koreya, Yaponiya, Çin, Sinqapur və Almaniya kimi ölkələrdə təhsil alırlar”.

Baş direktor həmçinin, Bakı Ali Neft Məktəbinin mütəxəssislərinin “Aramco Overseas” şirkətinin əməkdaşları üçün təlimlər keçməsini təklif edib.

Sonda birgə əməkdaşlığın genişləndirilməsi üçün memorandumun imzalanması qərara alınıb.

Məlumat üçün bildirək ki, Baş Qərargahı Səudiyyə Ərəbistanın Dahran şəhərində yerləşən “Aramco Overseas” neftin hasilatı və neft ehtiyatlarının həcmi baxımından dünyanın ən böyük neft şirkətlərindən biridir.

Şirkət 1933-cü ildə Səudiyyə Ərəbistan hökuməti və ABŞ-ın “Standard Oil of California” şirkəti tərəfindən təsis olunub.

“Aramco” 260 milyard barel neft ehtiyatları yataqlarını idarə edir ki, bu dünyada kəşf olunmuş neft yataqlarının dörddə bir hissəsini təşkil edir. Şirkət, həmçinin ölkə ərazisində müasir neft və qaz emalı zavodlarına sahibdir. 2018-ci ilin aprel ayından şirkətin Bakıda Azərbaycan nümayəndəliyi fəaliyyət göstərir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

MSK-ya yeni üzv təyin edilib

22

Oktyabr
12:53
ÖLKƏ
23

Bakıda avtobus piyadanı vuraraq öldürüb

22

Oktyabr
12:24
HÜQUQ,HADİSƏ
33

Sabahın hava proqnozu açıqlanıb

22

Oktyabr
12:06
ÖLKƏ
139

Ötən gün yol qəzalarında 2 nəfər ölüb

22

Oktyabr
11:29
HÜQUQ,HADİSƏ
25

Bakı metrosunda qatarda nasazlıq yaranıb

22

Oktyabr
10:49
HÜQUQ,HADİSƏ
32

Təhsil Nazirliyində YENİ TƏYİNATLAR

22

Oktyabr
10:23
ELM / TƏHSİL
219

"Azeri Light" markalı neft ucuzlaşıb

22

Oktyabr
09:48
İQTİSADİYYAT
62

AMB-nin valyuta məzənnələri

22

Oktyabr
09:32
İQTİSADİYYAT
52

Neftin ucuzlaşması davam edir

22

Oktyabr
09:24
İQTİSADİYYAT
47

Xəzərdə zəlzələ olub

22

Oktyabr
09:22
ÖLKƏ
46
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-10-2019 13:28



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru