Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

30 Sentyabr

2019
18:41
319
Elman Rüstəmov manatın məzənnəsindən danışıb

“Ölkədə biznes kreditlərinin illik faiz dərəcəsi, əsasən, Azərbaycan Mərkəzi Bankının (AMB) müəyyən etdiyi uçot dərəcəsi əsasında formalaşır”.

Bunu jurnalistlərə açıqlamasında AMB-nin sədri Elman Rüstəmov deyib.

“Bununla yanaşı, əmanət faizləri, eləcə də dövlət qiymətli kağızlarının da gəlirliliyi müəyyən qədər uçot dərəcəsindən asılı olaraq dəyişir. Burada birbaşa təsirə o vaxt nail olacağıq ki, inflyasiyanın hədəflənməsi rejiminə keçəcəyik”, - o qeyd edib.

Bundan başqa, baş bankir bildirib ki, son 25 ildə Azərbaycanda orta illik inflyasiya 5% civarında olub, manat ABŞ dolları qarşısında cəmi iki dəfə kəskin ucuzlaşıb: “Halbuki qonşu ölkələrdə milli valyutanın kəskin dəyərdən düşməsi 10 dəfəyə qədər baş verib. Hazırda Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta bazarına müdaxiləsi cüzidir. Azərbaycan Mərkəzi Bankı bu ilin sonuna qədər valyuta ehtiyatlarının idarə olunmasından 200 milyon dollar gəlir əldə edəcək. AMB valyuta ehtiyatlarını getdikcə artırır və hazırda bu rəqəm 6 milyard dollardan çoxdur.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bakıda qardaş qardaşı bıçaqlayıb

17

Oktyabr
09:05
HÜQUQ,HADİSƏ
37

Neft yenidən ucuzlaşıb

17

Oktyabr
09:03
İQTİSADİYYAT
32

Azərbaycanda yeni dövlət idarəsi yaradılır

16

Oktyabr
16:47
SİYASƏT
134

Ən faydalı quru meyvələrin adları açıqlanıb

16

Oktyabr
16:06
AİLƏ, SAĞLAMLIQ
214

Gülümsəyin bəylər...

16

Oktyabr
15:39
ANALİZ
359

Milli Şuraya yenə Lökbatan göstərildi

16

Oktyabr
14:28
ÖLKƏ
294

Sabahın hava proqnozu açıqlanıb

16

Oktyabr
14:24
ÖLKƏ
112

Rusiyada 39 terrorun qarşısı alınıb

16

Oktyabr
14:23
DÜNYA
81

"Azərcell"də problem yarandı

16

Oktyabr
12:59
ÖLKƏ
114
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-10-2019 09:43



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru