Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

30 Sentyabr

2019
12:11
239
Gürcüstan məhkəməsi məscid inşasına qoyulan qadağanı ləğv etdi

Gürcüstanın Batumi şəhər məhkəməsi müsəlman icmasının yeni məscidin tikintisi ilə bağlı iddiasını qismən təmin edib.

Məhkəmə Batumi meriyasının məscidin inşasına icazə verməməsini müsəlman icmasına qarşı diskriminativ hesab edib.

Məhkəmə meriyanın müvafiq qərarını ləğv edib və şəhər rəhbərliyini sənədlərə yenidən baxmağa çağırıb.

Müsəlman icmasının məscidin tikintisinə icazənin verilməsi ilə bağlı müraciəti isə qəbul edilməyib. Hakim Cumber Bejanidze bildirib ki, tikintiyə məhkəmə deyil, Batumi meriyası icazə verməlidir.

Batumi meriyasının nümayəndələri məhkəmə iclasında iştirak etməyiblər.

İcma üzvləri və Gürcüstanın Müsəlmanlar Birliyi məhkəmənin qərardan razı qaldıqlarını bildiriblər. Müsəlman icması məscidin inşası ilə bağlı hüquqi müstəvidə mübarizənin davam etdiriləcəyini deyiblər.

Qeyd edək ki, Batumidə yeni məscidin inşası ilə bağlı məhkəmə prosesi 2017-ci ildən davam edir. Son üç ayda məhkəmə iclasları bir neçə dəfə təxirə salınıb.

Batumidə yeni məscidin tikintisi ilə bağlı mübahisə 2013-cü ildə başlayıb. Şəhərdə fəaliyyət göstərən yeganə məscid müsəlmanlara kifayət etmir. Belə ki, onların əksəriyyəti dini ibadətlərini məscidə yaxın küçədə yerinə yetirir.

2017-ci ildə şəhərin müsəlman icması məscid üçün 3 min kvadratmetr sahəyə malik torpaq sahəsi əldə edib. Lakin Batumi meriyası həmin ərazidə tikililərin sıx olduğunu əsas gətirərək məscidin inşasına icazə verməyib. Müsəlman icması meriyanın qərarını əsassız və diskriminativ hesab edib. (report)

Məqalədə : Gürcüstan məhkəməsi 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Əli Kərimli həbs olundu - VİDEO

19

Oktyabr
18:54
ÖLKƏ
856

Sabah 26 dərəcəyə qədər isti olacaq

19

Oktyabr
13:17
ÖLKƏ
44

Azərbaycan neftinin qiyməti bahalaşıb

19

Oktyabr
12:03
İQTİSADİYYAT
69

ƏRBƏİN - Aşuranın 40-cı günü

18

Oktyabr
16:27
MƏNƏVİYYAT
280

Eyyyy... Növbədə nə var? - ANALİZ

18

Oktyabr
15:39
ANALİZ
303
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-10-2019 05:55



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru