Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

28 Sentyabr

2019
10:39
346
Premyer Liqa: `Neftçi` səfərdə `Qəbələ` ilə qarşılaşacaq - AFİŞA

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında VI turun daha bir oyunu keçiriləcək.

Turun ikinci matçı paytaxtdan kənarda olacaq. Qəbələ şəhər stadionunda eyniadlı komanda "Nefçi"ni qəbul edəcək. 5 turdan sonra əyalət təmsilçisi 4 xalla 7-ci, paytaxt klubu isə 5 xalla beşinci pillədə qərarlaşıb.

Bu, komandaların çempionatda 45-ci matçı olacaq. 44 qarşılaşmanın 19-da "ağ-qaralar", 16-da isə "qırmızı-qaralar" qələbəyə seviniblər. Topların nisbətində "Neftçi"nin minimal hesablı üsrünlüyü var - 58:57. Komandalar arasındakı son 4 çempionat matçında hər iki tərəf qol vurub. "Neftçi" rəqibinə qarşı ardıcıl 9 oyunda meydanı qolsuz tərk etməyib.

"Neftçi" yay transfer dövründə "Qəbələ"nin 3 futbolçusunu heyətinə qatıb. Bunlar Voislav Stankoviç, Stiven Monroz və Rauf Əliyevdir. 2018/2019 mövsümü ərəfəsində isə Baqali Dabo transfer edilib. 

28 sentyabr (şənbə)

17:00. “Qəbələ” – “Neftçi”

Hakimlər: Kamal Umudlu, Cavanşir Yusifov, Eyyub İbrahimov, Namiq Bəkirov

Hakim-inspektor: Ömər Paşayev

AFFA nümayəndəsi: Seymur Səlimli

Qəbələ şəhər stadionu

Qeyd edək ki, tura sentyabrın 28-də keçiriləcək "Sabah" - "Səbail" və "Keşlə" - "Zirə" matçları ilə yekun vurulacaq.

Məqalədə : Premyer Liqa 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bakıda qardaş qardaşı bıçaqlayıb

17

Oktyabr
09:05
HÜQUQ,HADİSƏ
25

Neft yenidən ucuzlaşıb

17

Oktyabr
09:03
İQTİSADİYYAT
22

Azərbaycanda yeni dövlət idarəsi yaradılır

16

Oktyabr
16:47
SİYASƏT
132

Ən faydalı quru meyvələrin adları açıqlanıb

16

Oktyabr
16:06
AİLƏ, SAĞLAMLIQ
208

Gülümsəyin bəylər...

16

Oktyabr
15:39
ANALİZ
357

Milli Şuraya yenə Lökbatan göstərildi

16

Oktyabr
14:28
ÖLKƏ
292

Sabahın hava proqnozu açıqlanıb

16

Oktyabr
14:24
ÖLKƏ
111

Rusiyada 39 terrorun qarşısı alınıb

16

Oktyabr
14:23
DÜNYA
76

"Azərcell"də problem yarandı

16

Oktyabr
12:59
ÖLKƏ
112
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-10-2019 09:23



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru