Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 Sentyabr

2019
15:35
300
Azərbaycan 8 ayda pomidordan 142 milyon qazanıb

Bu ilin yanvar-avqust aylarından Azərbaycanın ixrac etdiyi qeyri-neft məhsullarının siyahısında pomidor 141,5 milyon dollarlıq göstərici ilə liderliyini qoruyub.

Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nda bildirilir.

Sənəddə deyilir ki, bu siyahıda qızıl 2-ci (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda – 107,7 milyon dollarlıq), pambıq mahlıcı isə 3-cü (85,1 milyon dollarlıq) yerdə qərarlaşıb.

Ümumiyyətlə, 8 ay ərzində meyvə-tərəvəz ixracı 361,7 milyon dollar, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 136,8 milyon dollar, pambıq lifi ixracı 86,2 milyon dollar, alüminium və ondan hazırlanan məmulatların ixracı 81,3 milyon dollar, kimya sənayesi məhsullarının ixracı 68,5 milyon dollar, elektrik enerjisinin ixracı 58,4 milyon dollar, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 41,4 milyon dollar, alkoqollu və alkoqolsuz içkilərin ixracı 18,9 milyon dollar, pambıq ipliyi ixracı 20,2 milyon dollar, şəkər ixracı isə 20,1 milyon dollar gəlir gətirib. Son 1 ildə içki ixracı 2 dəfə, kimya sənayesi məhsullarının ixracı 68,7%, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 51,3%, pambıq lifinin ixracı 49,4%, pambıq ipliyinin ixracı 40,3%, şəkər ixracı 15,5%, meyvə-tərəvəzin ixracı 14,5% artıb.

Təkcə bu ilin avqust ayında isə qeyri-neft sektoru üzrə ixracın dəyəri 144,4 milyon dollar təşkil edib. Bu, ötən ilin avqust ayı ilə müqayisədə 19 milyon dollar və yaxud 15% çoxdur. Ay ərzində qeyri neft-qaz məhsulları ən çox mal Rusiyaya (31,2 milyon dollarlıq), Türkiyəyə (27,4 milyon dollarlıq), İsveçrəyə (23,2 milyon dollarlıq), Gürcüstana (10,3 milyon dollarlıq) və Çinə (6,4 milyon dollarlıq) ixrac edilib. Qeyri-neft sektoru üzrə ixracda qızıl 1-ci (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda - 22,7 milyon dollarlıq), emal olunmamış aşqarlanmamış alüminium 2-ci (11,6 milyon dollarlıq), metanol isə 3-cü (9,6 milyon dollarlıq) olub.

Məqalədə : pomidor 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ərbəin ziyarəti möminlik nişanəsidir

17

Oktyabr
10:09
MƏNƏVİYYAT
154

Xarici valyutaların manata qarşı məzənnələri

17

Oktyabr
09:56
İQTİSADİYYAT
33

Bakıda qardaş qardaşı bıçaqlayıb

17

Oktyabr
09:05
HÜQUQ,HADİSƏ
53

Neft yenidən ucuzlaşıb

17

Oktyabr
09:03
İQTİSADİYYAT
41

Azərbaycanda yeni dövlət idarəsi yaradılır

16

Oktyabr
16:47
SİYASƏT
144

Ən faydalı quru meyvələrin adları açıqlanıb

16

Oktyabr
16:06
AİLƏ, SAĞLAMLIQ
219
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-10-2019 10:52



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru