Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 Sentyabr

2019
17:55
334
Mobil operatordan tələbə və məzunlara karyera dəstəyi

Hər  zaman gənclərə və tələbələrin öz ixtisaslarına uyğun uğurlu karyera qurmalarına dəstək olan “Nar”,  Bakı Dövlət Universitetində keçirilən karyera sərgisində iştirak edib. “Karyerada ilk addım” adı altında keçirilən əmək yarmarkası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti və BDU-nun birgə təşkilatçılığı ilə baş tutub. “Nar” mövcud vakant iş yerləri haqqında məzun və tələbələrə məlumat verib və sənəd qəbulu təşkil edib. Bundan başqa, mobil operator universitetin tələbə və məzunlarına uğurlu karyera barədə məsləhətlər verib. Şirkət təmsilçiləri ilə birbaşa ünsiyyətdə olan tələbələr karyera imkanlarını dəyərləndirmək, həmçinin bu şirkətlərin təcrübə proqramlarında iştirak barədə məlumat əldə etmək imkanı qazanıblar. Sərgidə “Nar” stendinə maraq böyük olub.

Tədbirdə tələbə və məzunlara 60 müəssisədən, ümumilikdə 360 vakant iş yeri təklif olunub. “Karyerada ilk addım” adlı aktiv məşğulluq tədbirləri tələbə və məzunların əmək bazarına çıxışının dəstəklənməsinə, onların işəgötürənlərlə ilkin əlaqələrinin qurulmasına xidmət edir. 

Qeyd edək ki, gənclərə dəstək “Nar”ın korporativ sosial məsuliyyət (KSM) strategiyasının əsas istiqamətlərindən biridir. “Nar”ın davamlı olaraq həyata keçirdiyi KSM layihələri haqqında ətraflı məlumatı nar.az saytından əldə etmək olar.

Məqalədə : nar tələbə karyera sərgisi 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabah 26 dərəcəyə qədər isti olacaq

19

Oktyabr
13:17
ÖLKƏ
26

Azərbaycan neftinin qiyməti bahalaşıb

19

Oktyabr
12:03
İQTİSADİYYAT
56

ƏRBƏİN - Aşuranın 40-cı günü

18

Oktyabr
16:27
MƏNƏVİYYAT
261

Eyyyy... Növbədə nə var? - ANALİZ

18

Oktyabr
15:39
ANALİZ
284

Bakı Dövlət Sirki köçür?

18

Oktyabr
15:33
ÖLKƏ
84
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-10-2019 14:54



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru