Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 Sentyabr

2019
10:55
Nazirlik: Bu il 7 minədək müəllim işə qəbul olunub

2019-2020-ci tədris ili üzrə müddətsiz müqavilə əsasında 3260 müəllim işə qəbul olunub. 

Təhsil Nazirliyindən FaktXəbər-ə verilən məlumata görə, onlardan 973 nəfər həvəsləndirmə tədbirləri tətbiq olunmayan ümumi təhsil müəssisələrinə, 2287 nəfər isə həvəsləndirmə tədbirləri tətbiq edilən məktəblərə işə qəbul olunub.

İndiyədək 3615 nəfər müddətli müqavilə əsasında müəllim adını qazanıb. Hazırda müddətli müqavilə əsasında müəllimlərin işə qəbulu prosesi davam edir.

Qeyd edək ki, ümumilikdə son 5 ildə məktəblərin müəllim tərkibi keyfiyyət baxımından yaxşılaşıb, 20 mindən çox gənc müəllim işə qəbul olunub. Kənd məktəblərində fəaliyyətə başlayan gənc müəllimlər üçün stimullaşdırıcı tədbirlər tətbiq edilib, 10 mindən çox müəllim bu tədbirlərdən faydalanıb.

Cari ildə müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edənlərin sayı əvvəlki illərə nisbətən 3 dəfədən çox artıb, müraciət edənlərin sayı təqribən 55 min olub.

Bu il ali məktəblərə qəbul imtahanlarında 500-dən çox bal toplayanlardan hər 4 nəfərdən biri və ya 25 faizi müəllimlik ixtisasını seçib.

Məqalədə : Nazirlik müəllim 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

DTX Neftçala İcra Hakimiyyətinin binasına girdi

20

Fevral
12:47
HÜQUQ,HADİSƏ
925

Baş prokurordan yeni təyinatlar - SİYAHI

20

Fevral
12:00
HÜQUQ,HADİSƏ
156

Millimiz Türkiyə yığması ilə oynayacaq

20

Fevral
10:21
BÖLMƏNİ DÜZ SEÇ!
211

Vilayət Eyvazovdan yeni TƏYİNAT

20

Fevral
10:05
HƏRB
399

Xarici valyutaların manata qarşı məzənnələri

20

Fevral
09:55
İQTİSADİYYAT
326
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-02-2020 12:59



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru