Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 Sentyabr

2019
10:07
519
AXH-də növbəti narazılıq: iki nəfər də uzaqlaşdı

İki hissəyə ayrılan Azərbaycan Xalq Hərəkatında növbəti qopmalar baş verib. 

Azadlıq Partiyasının sədri Əhməd Orucla Mirmahmud Mirəlioğlu arasında yaşanın insidentin birincinin hərəkatdan qovulması ilə nəticələndiyi bildirilir.

Mənbənin verdiyi digər məlumatda sabiq müdafiə naziri Rəhim Qazıyevin AXH-dən istefa verdiyi deyilir.

İdarə heyətinin digər üzvü, İslam Demokrat Partiyasının sədri Hacı Tahir Abbaslı məlumatı təsdiqlədi: “Məlumatlar doğrudur. Əhməd Oruc hərəkatdan kənarlaşdırıldı. Rəhim bəy isə istefa verdi. O, hərəkatda irəliləyişin yetərincə olmadığını dedi. Eyni zamanda, hərəkatın idarə heyətində ciddi problemlərin olduğunu söylədi. O da doğrudur ki, əsas narazılıq Əhməd Oruc və Mirmahmud Mirəlioğlu arasında baş verdi. Əhməd bəy onun haqqında yanlış informasiya vermişdi. İdarə heyəti isə qərar verdi ki, əgər Əhməd Orucun dedikləri öz təsdiqini taparsa, ya Mirmahmud Mirəlioğlu, ya da o, hərəkatdan getməlidir. Qapalı iclasda məsələnin müzakirə edilməsi qərara alındı. Əhməd Oruc iclasda dediklərini sübut edə bilmədi. Nəticədə səsvermə ilə o, hərəkatın idarə heyətindən çıxarıldı”. (musavat.com)

Məqalədə : AXH 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabah 26 dərəcəyə qədər isti olacaq

19

Oktyabr
13:17
ÖLKƏ
17

Azərbaycan neftinin qiyməti bahalaşıb

19

Oktyabr
12:03
İQTİSADİYYAT
46

ƏRBƏİN - Aşuranın 40-cı günü

18

Oktyabr
16:27
MƏNƏVİYYAT
257

Eyyyy... Növbədə nə var? - ANALİZ

18

Oktyabr
15:39
ANALİZ
280

Bakı Dövlət Sirki köçür?

18

Oktyabr
15:33
ÖLKƏ
83

Modul tipli məktəblərin sayı artırılır

18

Oktyabr
14:34
ELM / TƏHSİL
128
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-10-2019 13:39



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru