Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 Sentyabr

2019
16:40
`Kərbəla - əbədi mübarizə fəlsəsfəsi` mövzusunda konfrans keçirilib - FOTO

Qarabağın Azadlığı uğrunda İslami müqavimət Hərəkatı və Azərbaycan Ziyalılar Birliyinin birgə təşkilatçılığı ilə “Kərbəla-əbədi mübarizə fəlsəfəsi” mövzusunda konfrans keçirilib. 

Konfransda ilahiyyatçılar, siyasi xadimlər, hüquq müdafiəçiləri, ictimai fəallar, mətbuat nümayəndələri iştirak edib.  

Tədbiri açıq elan edən ictimai birliyin sədri Rövşən Əhmədli İmam Hüseyn əleyhissalam və Kərbəla həqiqətlərinin təbliğ edilməsinə böyük ehtiyac duyulduğunu bildirərək, ölkəmizdə və onun hüdudlarından kənarda insanların fikrini yalnış istiqamətlərə yönəltməyə çalışanların olduğunu xatırlatdı. 

Söz alan ilk məruzəçi, ilahiyyatçı filosof İlqar İbrahimoğlu İslam dininin 4 mühüm təməl üzərində dayandığını qeyd etdi: “Bu, Peygəmbərimizin gətirdiyi və dünyaya yaydığı din, yerlə göyün bağlantısını təmin edən Vilayət sütunu, İmam Hüseyn əleyhissalamın öz fədakarlığı ilə diri saxladığı Aşura məktəbi və Məhdəviyyət fəlsəfəsidir. Bu dəyərlərin vəhdəti İslamı diri saxlayır, bütün müstəvilərdə - mədəniyyət, elm, iqtisadiyyat, yaradıcılıq və sair”. 

Daha sonra cıxış edən Azərbaycan İslam Partiyasının sədr əvəzi Hacı İlham Əliyev Kərbəla hadisələri ilə maraqlanmaq istəyən müxtəlif əqidə və məzhəb daşıyıcıları üçün tükənməz ibrətlərin olguğunu qeyd etdi. İlahiyyatçı alim bildirdi ki, Kərbəla səhnəsində təmsil olunanların dözümü, iradəsi, fədakarlıqları Allaha imanlarının nəticəsi idi: “Əgər dözümlü olmaq istəyirsənsə, hədəflərinə çatmağa çalışırsansa, Allaha sığın və ona inamında möhkəm ol”.

Çıxış edən digər ilahiyyatçı Araz Mehrəliyev Şiyəkaranlı fərqli İslam məzhəblərinin də Kərbəla hadisəsinə yüksək qiymət verildiyini xatırlatdı: “Əziz sünni alimlərindən biri buyurur ki, İslam dinini iki hicrət qorudu – Həzrəti Məhəmmədin Məkkədən Mədinəyə və İmam Hüseyn əleyhissalamın Məkkədən Kərbəlayə olan hicrəti”. 

Konfrans Nardaran ağsaqqalı Hacıağa Nurinin, ilahiyyatçı Əfqan Muradovun, AİP Qadınlar Şurasının sədri Növrəstə İbrahimovanın və digər natiqlərin çıxışları ilə davam etdirilib. 

Məqalədə : Konfrans tədbir 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
8146

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
6914

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
8569

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
8424

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
12437

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
8178
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


13-07-2020 06:38





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru