Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 Sentyabr

2019
16:51
İlahiyyat İnstitutunda vahid geyim forması tətbiq edilir

“Azərbaycan İlahiyyat İnstitutunda vahid geyim forması tətbiq edilir”.

Bunu İnstitutun rektoru Ceyhun Məmmədov bildirib. Onun sözlərinə görə, bu gün dünya universitetlərində, hətta Amerikanın, Avropanın bir çox universitetlərində vahid geyim forması tətbiq olunur: “Xüsusilə də həm İslamla, həm də yəhudi və xristianlıqla bağlı ali dini təhsil müəssisələrində vahid geyimlər tətbiq edilir. Azərbaycan İlahiyyat İnstitutu da vahid geyim formasından istifadə edir. Bu geyimlər Azərbaycan adət-ənənələrinə, milli-mənəvi dəyərlərinə uyğun hazırlanır. Burada konkret olaraq hansısa dini geyimdən söhbət getmir, ümumi vahid bir forma fikirləşilib. Azərbaycan İlahiyyat İnstitutu dünyəvi təhsil müəssisəsidir, bu məsələlər ölkəmizdəki qanunlara uyğun tənzimlənir. Xanım tələbələrə 2 geyim tətbiq olunur, hicab geyinən xanımların geyimi onların inancına uyğun olaraq nəzərdə tutulur. Bir də hicab geyinməyən tələbələrimiz var ki, onların geyimi isə fərqlidir".

Rektor deyib ki, universitetdə vahid geyim məcburidir: "Burada bir neçə hədəf və məqsəd var. Bunlardan biri odur ki, indidən gələcək mütəxəssislərimiz vahid geyimə hazır olsunlar. Hesab edirik ki, bu insanlar gələcəkdə müxtəlif qurumlarda, təşkilatlarda çalışacaqlar, bu sahənin mütəxəssisləri ünsiyyətdə olduqları insanlara nümunə olmalıdılar. Tələbələrimiz artıq bu geyimlə təmin olunublar, bu il qəbul olunan tələbələrə də artıq geyimləri paylayırıq”.(APA)

Məqalədə : İlahiyyat İnstitutu 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
43305

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
41593

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
43239

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
42682

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
48224

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
42766

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
43199
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-09-2020 19:22





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru