Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

25 Sentyabr

2019
10:08
Ərdoğan: İsrail doyurmu? Xeyr, doymur! - VİDEO

BMT Baş Assambleyasının 74-cü sessiyasında çıxış edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsrail rejiminin işğalına toxunub.

FaktXəbər-in "Anadolu" agentliyinə istinadən məlumatına görə Ərdoğan, dünyada ədalətsizliyin ən çox yaşandığı yerlərdən birinin İsrailin işğalı altındakı Fələstin torpaqları olduğuna diqqəti çəkərək, belə danışıb:

"Bir neçə gün öncə küçədəki məsum bir fələstinli qadının İsrail təhlükəsizlik qüvvələri tərəfindən alçaqcasına öldürüldüyünü göstərən görüntülər də vicdanları oyatmırsa, demək, artıq sözün bitdiyi yerdəyik. Mənə maraqlıdır, bu İsrail haradır, görəsən bu İsrailin torpaqları haraları əhatə edir, 1947-ci ildə İsrail harada idi, bundan sonra 1949, və 1967-ci ildə İsrail harada idi və hazırda İsrail haradır?"

Ərdoğan regiona dair xəritələri göstərərək sözlərini belə davam etdirib:

"1947-ci il, İsrail demək olar yox kimidir, hamısı Fələstindir. 1947-ci il bölgü planı var və Fələstin kiçilir, İsrail böyüyür. Gəlirəm 1949 və 1967-yə, İsrail böyüyür, Fələstin kiçilir. Gəlirəm bu günə, hazırkı durum aktualdır, artıq sanki Fələstin yoxdur, demək olar əksəriyəti İsraildir. İsrail doyurmu? Xeyr, doymur. İsrail indi də qalanını almağa çalışır. Bəs Birləşmiş Millətlər Təhlükəsizlik Şurasının, Birləşmiş Millətlər Təşkilatının İsrail barədə verdiyi bu qədər qərar var, bu qərarlar həyata keçirmi? Yox, keçmir. Bəs o zaman Birləşmiş Millətlər Təşkilatı nə işə yarayır? O zaman bu damın altında bizlər, qəbul etdiyimiz qərarlarla təsir göstərə bilmiriksə, ədalət harada özünü göstərəcək? Elə çətinliyimiz buradadır".

Ərdoğan hazırkı İsrail rəhbərliyinin bu cinayətlərlə bərabər Qəzzadakı qeyri-insani blokada, qeyri-qanuni məskunlaşma fəaliyyətləri, Qüdsün tarixi və hüquqi statusuna qarşı hücumlar kimi hərəkətləri ilə də beynəlxalq hüququ tapdaladığını və bütün dəyərləri məhv etdiyini söyləyib.

Məqalədə : Ərdoğan BMT İsrail 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
6570

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
5424

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
6936

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
6937

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
9577

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
6637
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


08-07-2020 17:23





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru