Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

24 Sentyabr

2019
12:01
Təmas xəttində öldürülən əsgərin meyiti qaytarılıb

Sentyabrın 22-də yolu azaraq düşmənlə üzbəüz mövqelər arasındakı ərazidə ermənilər tərəfindən vurulan Azərbaycan Ordusunun əsgəri Abdulrəhmanov Ramin Şövkət oğlunun nəşi Azərbaycana qaytarılıb.

Hərbi qulluqçunun cənazəsi doğulduğu Quba rayonunun Qırmızı Qəsəbədə yerləşən evinə gətirilib.

Vida mərasimindən sonra hərbi qulluqçu rayonun mərkəzi qəbiristanlığında torpağa tapşırılacaq.

Qeyd edək ki, sentyabrın 22-də cəbhəboyu zonada yerləşən hərbi hissədə əsgər Abdulrəhmanov Ramin Şövkət oğlu yolu azaraq düşmənlə üzbəüz mövqelər arasındakı ərazidə ermənilər tərəfindən vurulub. Sentyabrın 23-də isə Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) tərəflərin müraciəti və razılaşması ilə neytral vasitəçi olaraq həlak olan şəxsin nəşini təmas xətti ərazisindən çıxarılması əməliyyatında iştirak edib.(Report)

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Baş prokurordan yeni təyinatlar - SİYAHI

20

Fevral
12:00
HÜQUQ,HADİSƏ
130

Millimiz Türkiyə yığması ilə oynayacaq

20

Fevral
10:21
BÖLMƏNİ DÜZ SEÇ!
190

Vilayət Eyvazovdan yeni TƏYİNAT

20

Fevral
10:05
HƏRB
378

Xarici valyutaların manata qarşı məzənnələri

20

Fevral
09:55
İQTİSADİYYAT
316
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-02-2020 12:34



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru