Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 Sentyabr

2019
16:06
Bir Hindu üsyançının sındırılma tarixçəsi - ARAŞDIRMA

Qırmızıdərililər ağ adamlar qitələrinə qədəm qoyana qədər həqiqətən də sülh şəraitində yaşayırdılar. Əcdadları bu ərazilərdə həmişə dinc həyat sürmüş, tək qayğıları isə "Uca Ruh"un istəklərini yerinə yetirmək olmuşdu. Bədbəxtliyin ilk başlanğıcı 1492-ci ildə Xristofor Kolumbun Hindistan əvəzinə səhvən Amerikanı kəşf etməsi oldu. Sonra ardından Ameriqo Vespuçi gəldi və XVII əsrdə ağ adamların koloniyaları...

Amerika qitəsinin kəşfi ilə ağlar "Yeni İngiltərə" adını verdikləri bu ərazilərə axın edəndə, qarşılarında qırmızı dərili, ağappaq ürəkli insanlar gördülər. Qırmızıdərililər əllərindəki bütün imkanları çox uzaq ərazilərdən gələn yeni qonaqları üçün səfərbər etdi. Çünki bu torpaqlar həddindən artıq zəngin, hamını doyduracaq qədər bərəkətli idi. Halbuki, bilmədikləri bir şey var idi:  tamahkar ağ adam bu torpaqları qırmızıdərililərlə bölüşmək niyyətində deyildilər. Ağ adam illər boyu işğal etdiyi torpaqların həqiqi sahiblərini vəhşicəsinə qətlə yetirdi, torpaqlarını müsadirə etdi, ora-bura sürgün etdi. Ağ adam torpaqlar üçün öz aralarında da heç dayanmadan müharibə apardılar. Məsələ hinduları qətlə yetirmək olanda isə həm Meksika, həm də ABŞ ordusu birlikdə hərəkət edirdi. 1870-ci illərə gəldikdə "Qırmızıdərili soyqırımı"ndan xilas olub müqavimət göstərməyi davam etdirən yalnız bir neçə min hindu qalmışdı. Ağlara illərlə ən çox müqavimət göstərən qəbilələrin başında isə "Apaçi" qəbiləsi gəlirdi. Və bu qəbilə içindən bir nəfər adını müqavimətin simvoluna çevirməyə nail olacaqdı: Ceronimo.

Ceronimo kimdir?

"Qoyatlay", ya da ağların ona verdiyi adla desək "Ceronimo" 1829-ci ildə o vaxtlar Meksika sərhədləri içərisində qalan Arizonada dünyaya gəlmişdi. Hindu dilində mənası "Əsnəyən adam" mənasını verən Qoyatlay, Apaçilərin Bedonkohe qəbiləsinə mənsub idi. Tam bir Apaçi kimi yetişdirilmiş, 17 yaşında ikən həyatı boyu edəcəyi 9 evlilikdən ilkini edərək qonşu qəbilədən Alope ilə evlənmiş və bu evlilikdən üç uşağı olmuşdu. Bir qəbilə rəhbəri deyildi. Əsl işi insanları sağaltmaq olan şamanlıq idi. Ancaq taleyi onu ən tanınmış qırmızıdərili rəhbərlərindən biri olmağa sürükləyəcəkdi.

Soyqırımları tarixi: bir xalqı su çiçəyi xəstəliyi ilə məhv etdilər

5 mart 1851-ci ildə (bəzi mənbələrdə 1858 olaraq bildirilir) əllərindəki camış və maral dərilərini yemək qarşılığında ağlarla mübadilə etmək üçün qəbilənin digər oğlanları ilə birlikdə Yanoş qəsəbəsinə getdikdə düşərgələrinə Jos Mara Karraskonun rəhbərlik etdiyi meksikalı əsgərlər hücum etmiş, anası, üç uşağı və arvadı da daxil olmaqla düşərgədəki hər kəs əsgərlər tərəfindən qətlə yetirilmişdi.

Bu tarix onun taleyində bir dönüş nöqtəsi oldu.

(Cerenimonun xanımı və oğlu)

Gələcəkdə öz bioqrafiyasında o axşam düşərgələrinə qayıdanda gördükləri üçün, "Hər şeyimi itirdim", - deyə yazırdı. Ürəyi ağlara qarşı artıq intiqam atəşi ilə yanan Ceronimo o gecədən sonra hər yerdə meksikalı əsgərlərə hücumlar təşkil etməyə başladı. Hücumlar ani və gözlənilməz, bir o qədər qüsursuz olurdu. "Çox, lap çox meksikalı öldürdüm. Neçə dənə olduğunu bilmirəm. Bəziləri saymağa belə dəyməzdi", - deyəcəkdi gələcəkdə.

Lakin 1848-ci ildə ABŞ-Meksika müharibənin sona çatması və Qvadelupa Hidalqo Müqaviləsinin imzalanması ilə yanaşı bölgənin tarazlığı da dəyişmişdi. Müharibədə ABŞ-ın qalib olması ilə Arizona bölgəsi artıq ABŞ-ın idi və ABŞ hökuməti Arizonanın qızılla dolu torpaqlarını miqrantlar arasında yavaş-yavaş bölüşdürməyə başlamışdı. İndi düşmən yalnız meksikalılar deyil, eyni zamanda amerikalılar idi. Amma bu torpaqları Qədim Hindulardan almaq elə də asan olmayacaqdı.

Arizonadakı Çirikaua apaçiləri sərhəd bölgəsinə məskunlaşan miqrantlara və qərargahlara ani basqınlar təşkil etməyə, talana başladı. Çirikaua apaçilərinin yaşadığı ərazilər o dövrdə müqavimət göstərən hinduların sığınacağı halına gəlmişdi. Vaşinqtona göndərilən mesajlarda tez-tez bölgənin çox təhlükəli olduğu vurğulandı və nəhayət ordu müdaxiləyə başladı.

3 may 1872-ci ildə bölgədəki nümayəndəliyə göndərilən əmrlə, Çirikaua bölgəsindəki Qədim Hinduların San Karlosa köçürülməsi tələb olundu. Nümayəndə Con Klam istəməyə-istəməyə bu əmri Apaçi rəhbəri Koçisə çatdırdı. Artıq ağlarla döyüşməkdən yorulan sülh tərəfdarı Koçis, qəbiləsi üçün ən yaxşı olduğunu düşündüyündən, köçə başladı.

Ancaq qəbilənin demək olar ki, yarısı bu məcburi dustaqlığı qəbul etmədi. Yüzlərlə adam qruplar halında Meksika sərhədini keçərək sərbəst həyatı seçdi. Ordunun amansız təqibinə baxmayaraq sərhədi keçməyə çalışanlar içində Ceronimo da vardı.

1877-ci ilin martında Ceronimonun yaşadığı Ojo Kalienteyə bir qrup amerikalı əsgəri gəlir. Ceronimo və digər qiyamçı rəhbər Viktorio görüşmək üçün qəsəbə mərkəzinə çağırılır. Bundan sonrasını Ceronimo öz həyat hekayəsində belə danışır: "Bizə nə istədiklərini demədilər, amma dostyana görünürdülər. Görüş istədiklərini hesab etdik və onlarla getdik. Qəsəbəyə girən kimi əsgərlər bizi mühasirəyə aldı və bizi tərkisilah etdilər."

Ceronimo həbs olunur

Bu, Ceronimonun ilk həbsi idi. Onu bir dəfə məhkəmə qarşısına çıxardılar və müdafiə haqqı verilmədən birbaşa həbsxanaya göndərdilər. Dəmir barmaqlıqlar arxasında 4 ay keçirdi və eynilə həbs edildiyi kimi yenə heç bir izahat verilmədən buraxıldı. Ancaq artıq bayırda da onu gözləyən bir azadlıq yox idi.

Ağ adam qırmızıdərililərin demək olar ki, hamısını düşərgələrə doldurmuşdu. Ceronimo da bir müddət San Karlosda yaşamaq məcburiyyətində qaldı. Ancaq dözə bilmədi. 1881-ci ilin sentyabrında 70 silahlı yoldaşı ilə birlikdə şəhərcikdən qaçdı.

Sierra Madredəki qədim bazaları onları gözləyirdi. Yoldaşları ilə birlikdə 6 aylıq hazırlıq dövründən sonra yenidən döyüş meydanlarına qayıtdılar. Ağlar qorxuyla da olsa artıq hinduların də insan olduğunu anlamışdılar: hissləri ilə oynandıqda onlar da sərt reaksiyalar verə bilirlər.

Amerika qoşunlarının komandanı general Corc Krok, Ceronimonun dostları ilə birlikdə təslim olması vəziyyətində ömür boyu təzyiqsiz və müharibəsiz bir ömür vəd edir. Ceronimo adamlarını toplayana qədər generaldan müddət istəyir. Aldığı razılıqdan sonra 8 ay ərzində Meksikanın digər tərəfindəki bütün apaçiləri toplayır. 1884-cü ilin fevralında başçılıq etdiyi yüzlərlə qadın və uşaqla birlikdə sərhədi keçir.

Apaçilər yenidən zəncir altında yaşamamağa and içmişdi. Sərhədin kənarında qurulan tələlərdən, mühacir birliklərindən və ordudan qaçaraq bir neçə ay yaşadılar. Bölgədə baş verən hər cür yağmalama fəaliyyətinin səbəbkarı kimi Ceronimo göstərilirdi. Halbuki o, yalnız qaçmağa və zəncirlərdən uzaq bir həyat sürməyə çalışırdı. Artıq 57 yaşında idi və müharibələrdən, qaçmaqdan, təqiblərdən çox yorulmuşdu. General Corc Krok bir daha Meksika sərhədini keçir və Ceronimonu axtarmağa başlayır. Amansız bir təqib həyata keçirən general Krok apaçilərin də hörmətini qazanmış və ləqəb almışdı: "Nantan Lupan", yəni "Şef Canavar". 1886-cı ilin martında general və apaçi rəhbərləri yenidən bir yerə toplaşdılar.

General hindulardan qeyd-şərtsiz təslim olmalarını istədi. Ceronimo həbs cəzasına razı idi. Yalnız məhbus günlərinin sonunda həbsxana düşərgəsində olmayacağına dair zəmanət istəyirdi. Vaşinqtonu bu məsələdə razılaşacağına inanan general Krok, söz verdi. "Sənə təslim oluram. "Mənə nə istəsən et. Bir vaxtlar fırtına kimiydim, lakin indi hər şey bitdi...", - deyə Cerenimo bildirib.

Ceronimonun son illəri

Ancaq bitməmişdi. Onlara içki gətirən bir əsgər Ceronimonun qulağına, Meksika sərhədini keçdikdən sonra özünün və adamlarının öldürüləcəyini pıçıldadı. Aparıldığı Bovie qalasına çox qısa bir məsafə qalmış, Ceronimo gecənin qaranlığından istifadə edib adamları ilə birlikdə qaçmağı bacardı.

Ceronimonun qaçması general Krokun da vəzifədən çıxarılmasına səbəb olur. Vaşinqton bu dəfə Apaçi bölgəsinə vəzifə almaq ehtirası ilə hər şeyi edəcək yeni komandanı - general Nelson Maylzı təyin edir. Maylzın ilk işi Ceronimo və adamlarının izinə düşmək olur. Bu məqsədlə başlarında kapitan Henri Lautonun olduğu xüsusi ittifaq yaradır və sərhədi keçir. Onları tapmaq bu birlikdəki əsgərlərdən Çarlz Qeytvuda qismət olur.

Qeydtvud Ceronimodan generala etibar etməsini və təslim olmasını istəyir. Ceronimo ona inanır və 4 sentyabr 1886-cı ildə son dəfə silahını yerə qoyur. Artıq hər kəs rahat nəfəs alır. Çünki Sonora valisinin hesabatına görə, Ceronimo və adamları yalnız son 5 ay ərzində 500, ya da 600 nəfəri öldürmüşdü.

General Maylzın yanına aparıldıqda onlar aralarında belə bir söhbət olur:

General: Sizi dövlət mühafizəsinə alacam. Qaytarılacağınız torpaqlarda həmişə adət etdiyiniz qədər çox suyu, torpağı və yaşllığı görəcəksiniz.

Ceronimo: Bizimlə danışan komandirlər həmişə bu vədləri verdilər. Artıq mənə nağıl kimi gəlir. Doğrusu, sizə inanmaqda çox çətinlik çəkirəm.

General: Mən həyatda olduğum müddətdə nə edirsən et, bir daha həbs olunmayacaqsan.

Ceronimo: Bundan sonra hər zaman sülh içində yaşamaq istəyirəm və buna söz verirəm.

General: Keçmişdə etdiyin hər şey artıq silindi, hamısı əhəmiyyətsizdir. Bundan sonra yeni bir həyata başlayırsan.

Qarşılıqlı sözlər, vədlər, andlar və təslimiyyət. Ağların qarşısında müqavimət göstərən son qala təslim olmuşdu. Apaçilərin son qiyamçı rəhbəri Ceronimo tərkisilah edilmişdi.

Sonra uzun əsarət illəri başladı. Ceronimo 1894-cü ilə qədər Pikens qalasında həbsdə saxlandıqdan sonra müharibə günahkarı kimi Sill qalasına göndərildi. 1903-cü ildə katolikliyi seçən Ceronimo artıq qocalmış, dolanışığını fotoşəkillər və hazırladığı əl işlərini sataraq təmin edən bir qocaya çevrilmişdi. Daha sonra Omaha və Buffalo sərgilərində və sonra 1904-cü il St.Luis Dünya sərgisində "Vəhşi Qərb"in rəmzi kimi xalqa nümayiş etdirilir. 1905-ci ildə S.M.Barret adlı bir müəllim ABŞ Prezidenti Ruzveltdən aldığı xüsusi bir icazə ilə Ceronimonun həyatını onun ağzından eşidərək qələmə aldı. Yenə eyni il Prezident Ruzveltdən doğulduğu torpaqlara qayıtmaq üçün əfv istədi, amma hələ də ondan qorxduqları üçün bu istəyi qəbul edilmədi.

Üsyanla, mübarizəylə dolu bir həyatı həbs düşərgəsində başa çatanda belə, hələ də müharibə əsiri kimi qəbul edilirdi. 1909-cu ilin qarlı fevral günü atından yıxıldı. Ancaq ertəsi gün onu tapanda çox bərk soyuqlamış və sətəlcəm olmuşdu. Qoca bədəni yalnız altı gün dözdü. 17 fevral 1909-cu ildə 79 yaşında dünyasını dəyişdi.

Ölümünün üstündən illər keçməsinə baxmayaraq, Ceronimonun adı hər zaman anılıb. Bəziləri ona "satqın", - dedi, bəziləri isə "cani". Ancaq Ceronimo Qırmızıdərili üsyanının simvolu kimi tarixə düşdü.

Ceronimonun hekayəsi hələ də dildən dilə dolaşır. Amerikanın həqiqi tarixini araşdıran hər kəs onun adını hörmətlə xatırlayır. Qələmə aldığı xatirələrində həm öz həyatı, həm də Qızıldərililərin tarixindən danışan, Ceronimo ilə eyni ildə ölən Dakota Siu hindularının lideri Qızıl Bulud onu bu sözlər xatırlayır:

"Bizə bir çox sözlər verdilər. Xatırlamayacağam qədər çox. Birindən başqa heç birini yerinə yetirmədilər. "Torpaqlarımızı alacaqlarını" dedilər və etdilər".

Aqil Mehdi / araşdırmaçı jurnalist

İstifadə olunmuş mənbələr:


https://www.wikiwand.com/en/Treaty_of_Guadalupe_Hidalgo

https://southernarizonaguide.com/geronimo-place-man-time-books-geronimo/

The Journal of Arizona History. "I HAD LOST ALL": Geronimo and the Carrasco Massacre of 1851

https://armyhistory.org

Məqalədə : Cerenimo hindu apaçi 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bakıda professor evində ölü tapılıb

21

Noyabr
11:59
HÜQUQ,HADİSƏ
100

Akif Çovdarovun müdafiəsinə yeni vəkil qoşulub

21

Noyabr
11:25
BÖLMƏNİ DÜZ SEÇ!
135

FHN: 233 binaya müsbət rəy verilib

21

Noyabr
11:25
ÖLKƏ
137

ATƏT sədri Azərbaycana gəlir

21

Noyabr
11:18
SİYASƏT
117

Avtobus qəzası ilə bağlı RƏSMİ AÇIQLAMA - FOTO

21

Noyabr
10:45
HÜQUQ,HADİSƏ
175

Bakıda yağışa görə sürət həddi endirildi

21

Noyabr
10:37
NƏQLİYYAT
115

Xarici valyutaların manata qarşı məzənnələri

21

Noyabr
09:25
İQTİSADİYYAT
226

Neft ucuzlaşıb

21

Noyabr
09:20
İQTİSADİYYAT
235

Bakıda ağır yol qəzası baş verib, ölənlər var

21

Noyabr
08:57
HÜQUQ,HADİSƏ
261

Bakıda sərnişin avtobusu mikroavtobusla toqquşub

21

Noyabr
08:47
HÜQUQ,HADİSƏ
265

Tehran ABŞ-a nota göndərib

20

Noyabr
21:43
DÜNYA
237
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-11-2019 12:38



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru