Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

22 Sentyabr

2019
21:15
1064
Erməni lobbisi niyə bu qədər güclüdür? - Elxan Şahinoğlunun şərhi

Elxan Şahinoğlu

Atlas Araşdırmalar Mərkəzinin rəhbəri 


Ermənistanın baş naziri Nikol Paşinyanın bu gündən Amerika Birləşmiş Ştatlarına səfəri başladı. Paşinyanın Amerikada səfər proqramını nəzərdən keçirdim. O Amerikada harda olacaqsa bu ölkədəki ermənilərlə görüşəcək. Paşinyan səfərinə Los-Ancelesdən başlayacaq, o burada Qrand-park deyilən yerdə yerli ermənilərin mitinqində çıxış edəcək. Paşinyan ayrıca Los-Ancelesdə erməni mediasının nümayəndələri ilə görüşəcək. Paşinyan Los-Ancelesdən San-Xoseyə keçərək Silikon vadisindəki yüksək texnologiyalar mərkəzləri ilə tanış olacaq, eyni zamanda oradakı erməni proqramçılarla görüşəcək. Paşiyan Nyu-Yorka gedərək BMT Baş Assambleyasında çıxış edəcək. Paşinyan hətta Nyu-Yorkda da erməni diasporunun təmsilçiləri ilə görüş fürsətini əldən verməyəcək.

Bütün bunları nəyə görə yazdım? Mərhum dövlət başçısı Heydər Əliyev də getdiyi ölkələrdə, o cümlədən Amerikada azərbaycanlı icmasının nümayəndələri ilə görüşər və fikir mübadiləsi aparadı. Çünki xarici ölkələrdə yaşayan soydaşlarımızın Azərbaycan dövlətinin aparacı fiqruları ilə birbaşa ünsiyyəti vacibdir. Aydındır ki, Amerikada ermənilərin sayı azərbaycanlıların sayından dəfələrlə çoxdur. Ancaq azsaylı da olsa azərbaycanlı diaspora nümayəndələri ilə mütəmadi görüşlərə ehtiyac var. Bu yalnız Diaspora Komitəsinin rəhbərinin işi olmamalıdır, digər rəsmilərimiz də getdikləri hər yerdə azərbaycanlılarla görüşməli və fikir mübadiləsi aparmalıdırlar. Məsələn, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da Nyu-Yorka gedir. O, BMT Baş Assambleyasında çıxış etməli və erməni həmkarıyla görüşməlidir. Görəsən cənab Məmmədyarovun Nyu-York proqramında bu şəhərdə yaşayan azərbaycanlılarla görüşü yer alıbmı? Belə bir görüş proqramda yoxdursa, onda Amerikadakı erməni lobbisinin Azərbaycan əleyhinə fəallığından şikayətlənməli deyilik, biz passiv olacağıqsa, onlar bu boşluğu Amerikada, Fransada və digər ölkələrdə asanlıqla dolduracaqlar.

Məqalədə : Elxan Şahinoğlu 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bakıda avtobus minik avtomobili ilə toqquşdu

15

Oktyabr
10:04
HÜQUQ,HADİSƏ
30

Xarici valyutaların manata qarşı məzənnələri

15

Oktyabr
09:55
İQTİSADİYYAT
38

Neftin ucuzlaşması davam edir

15

Oktyabr
09:17
İQTİSADİYYAT
48

FHN əməkdaşları intiharın qarşısını alıb

15

Oktyabr
09:06
HÜQUQ,HADİSƏ
47

Sumqayıtda nənə və nəvəni maşın vurub

14

Oktyabr
15:52
HÜQUQ,HADİSƏ
192

Ərdoğan Azərbaycana gəlib - YENİLƏNİB

14

Oktyabr
15:29
SİYASƏT
299
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-10-2019 10:51



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru