Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 Sentyabr

2019
14:36
Azərbaycanda tullantılar çeşidlənəcək

Yaxın vaxtlarda bütün ölkə üzrə tullantıların çeşidlənməsinin tətbiqinə başlanılacağı gözlənilir.Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sektor müdiri Mehman Nəbiyev bildirib.

Onun sözlərinə görə, Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə Nərimanov rayonu ərazisində tullantıların çeşidlənməsi ilə bağlı layihəyə başlanılıb. Həmin ərazidə ilkin olaraq əhalinin tullantıların çeşidlənməsi işinə cəlb olunması ilə bağlı tədbirlər keçirilir: "İlkin nəticələr ürəkaçandır. Çox güman ki, yaxın vaxtlarda bütün ölkə üzrə tullantıların çeşidlənməsinin tətbiqinə başlayacağıq".

M.Nəbiyev əlavə edib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ötən ildən tullantıların toplanması üçün xüsusi konteynerlər hazırlamağa başlayıb. Həm plastik, həm də emal üçün yararlı olan digər tullantıların toplanması ilə bağlı artıq 37 şəhər və rayonda 200-dən çox konteyner istifadəyə verilib: "Təkrar emal müəssisələri çeşidlənmiş tullantını qəbul etməyə hazır olur. Əgər tullantı çeşidlənmirsə, onun təkrar emala cəlb olunması da çətin olur"./trend

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
43699

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
42010

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
43642

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
43108

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
48638

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
43100

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
43511
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


30-09-2020 00:26





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru