Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 Sentyabr

2019
14:23
Hava ilə əlaqədar gəmi sahibləri və kapitanlara xəbərdarlıq edilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Dövlət Dəniz Agentliyinin Milli Mərkəzinə daxil olan hava proqnozu ilə əlaqədar gəmi sahibləri, liman kapitanları, liman nəzarət müfəttişləri müvafiq tədbirlərin həyata keçirilməsi və xidmətin gücləndirilməsi ilə bağlı təlimatlandırılıb. 

Agentlikdən FaktXeber.com-a verilən məlumata görə, gəmilərin Hərəkətinin İdarəetmə Xidmətinin ərazisində lövbərdə duran və hərəkətdə olan gəmilərə NAVTEX və digər rabitə əlaqəsi vasitəsilə məlumatlar ötürülüb, müvafiq təlimatlar verilib. Gəmilərin təhlükəsiz şəkildə lövbər sığınacaqlarında dayanması təmin edilib. Növbə çəkmə ərazilərində növbə çəkən gəmilərin hərəkətində problem yaşanmayıb. Bununla yanaşı dənizdə neft-qaz platformalarının aid olduğu qurumlar hava xəbərdarlığı ilə bağlı məlumatlandırılıb. Azərbaycanın sahilboyu ərazilərində son naviqasiya və rabitə stansiyaları tam gücü ilə işləyir.

Dövlət Dəniz Agentliyinin gündəlik iş rejimində olduğu kimi Azərbaycanın ərazi sularında istər Azərbaycan istərsə də xarici bayraq altında üzən gəmilərin hərkətinin təhlükəsizliyinin təmin edilməsi yüksək səviyyədə həyata keçirilir. Eyni zamanda Agentliyin Milli Mərkəzi tərəfindəın ərazisində mövcud olan bütün texniki vasitələrlə müşahidənin gücləndirilməsi və gəmilərin hərəkətinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində fasiləsiz xidmət görülür.

Qeyd edək ki, Agentliyə daxil olan xəbərdarlıqda bildirilib ki, Xəzər Dəniz Akvatoriyasında sentyabrın 21–i səhərdən 22–si səhərədək Qərb Şimal küləyinin sürəti 18–23 metr saniyədən, arabir 28–33 metr saniyəyədək güclənəcək. Xəzərdə isə küləyin sürəti arabir 35–38 metr saniyə olacaq. Dalğanın hündürlüyü 2–4 metr, sonrakı inkişafda 5,5–7,5 metr olacaq.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
43694

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
42010

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
43642

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
43102

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
48633

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
43100

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
43511
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


29-09-2020 23:21





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru