Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

20 Sentyabr

2019
15:57
Suyun keyfiyyəti ilə xərçəng arasında birbaşa əlaqə müəyyən olunub

Krantdan gələn suda kanserogen maddələrin olması ABŞ-da 100 minə yaxın onkoloji xəstəliyə səbəb olub. Suyun keyfiyyəti ilə  xərçəng arasında birbaşa əlaqə ətraf mühit üzrə işçi qrupunun amerikalı alimləri tərəfindən müəyyən edilib. FaktXeber.com-un məlumatına görə, tədqiqat materialları "Heliyon" elmi jurnalında dərc edilib.

Alimlər ABŞ-da 48.363 kommunal müəssisədə içməli suyun çirkliliyini təhlil ediblər. Sonra bunu yerli sakinlər arasında xərçəngin sayı və növləri haqqında məlumatlarla müqayisə ediblər.

Tədqiqatçılar əvvəllər suda spesifik birləşmələrin insan sağlamlığına təsirini öyrənirdilərsə, sonradan hərtərəfli araşdırma aparıblar. 

Qeyd olunur ki, içməli su tez-tez kanallardan, çaylardan və müxtəlif sənayelərdən çirkab suların axıdıldığı anbarlardan götürülür. 

Tədqiqatçılar əmindirlər ki, suyun zəif təmizlənməsi və ya əksinə dezinfeksiyaedici maddələrdən sui-istifadə insan orqanizmi üçün təhlükə yaradır. Xüsusilə müəyyən olunub ki, arsenin, dezinfeksiya məhsullarının və hətta uran və radium kimi radioaktiv elementlərin suyun tərkibində olması onkoloji xəstəliklərin inkişafına təsir göstərir.

Tədqiqata görə, ən əlverişli vəziyyət böyük şəhərlərdə müşahidə olunur. Su təchizatı sistemi köhnəlməyə daha çox meylli olmasına baxmayaraq içməli suyun keyfiyyətinə nəzarət daha güclü olduğundan, çirkləndiricilərin səviyyəsi kiçik şəhərlərə nisbətən daha aşağıdır.

Eyni zamanda qeyd olunur ki, tədqiqatların ilkin mərhələsidir və xərçəngin inkişafı ilə içməli suyun keyfiyyəti arasındakı əlaqəni dəqiq müəyyənləşdirmək üçün hələ bir sıra işlər görülməlidir.

Məqalədə : Suyun keyfiyyəti xərçəng 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Xəzərdə zəlzələ baş verib

19

Fevral
17:44
ÖLKƏ
202

Xarici valyutaların manata qarşı məzənnələri

19

Fevral
17:31
İQTİSADİYYAT
220

Paytaxtın bu hissəsində su olmayacaq

19

Fevral
17:10
ÖLKƏ
353

"Azərişıq" 5 min manat cərimə edildi

19

Fevral
16:55
ÖLKƏ
271

Bakı-Qazax yolunda raket tapılıb

19

Fevral
15:17
HƏRB
288

Beyin əməliyyatında skripka çaldı

19

Fevral
14:33
DÜNYA
321

Sabaha olan hava proqnozu açıqlanıb

19

Fevral
13:15
ÖLKƏ
335

Tanınmış bəstəkara BDU-da vəzifə verildi

19

Fevral
13:00
ELM / TƏHSİL
367
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-02-2020 02:47



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru