Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

20 Sentyabr

2019
10:35
`Şirvavanşahlar sarayının hündür daşlarını doğrayıblar` - HƏYƏCAN TƏBİLİ

“Bakıda restavrasiyaya ehtiyacı olan çoxlu tarixi abidələr var. Onların başında İçərişəhərdə yerləşən tarixi məkanlar dayanır”.

Bu fikirləri Müstəqil Memarlar Assosiasiyasının rəhbəri Zemfira Budaqova səsləndirib. O qeyd edib ki, həmin abidələri özəlləşdirilib, kafe və restoranlara çevrildiyindən, onlar öz tarixiliyini itirməkdədir:

“Şirvanşahlar sarayının içərisində lazımsız əlavələr çoxdur. Bunları ləğv etmək lazımdır. Yeni qoyulan daşlarla tarixi abidələr arasında böyük fərq var. Qız Qalasının içərisində lazımsız mərtəbələr artırıblar. Axı bunlara nə ehtiyac var?! Hamısı bərpa edilməlidir ki, abidələrimizin tarixiliyi özünə qaytarılsın".

Köhnə Poluxin, indiki Murtuza Muxatarov küçəsində o qədər qədim abidələr var ki, içərisini müasir tələblərə uyğun restavrasiya etmək olar”.

Z.Budaqova rayonlarımızda da qədim, restavrasiyaya ehtiyacı olan abidələrin olduğunu diqqətə çatdırıb. O, öncə Gəncə şəhərini nümunə gətirərək, bildirib ki, orada alman ailələrin tikdiyi evlər, abidələr tarixiliyinə görə qoruna bilər:

“Qədim evlər Şəki və Şirvanda da var. Şirvan şəhərində tarixi məscidlər, ibadət yerləri qalır, hansı ki, restavrasiya olunmaqla tursitlərin ziyarət məkanına çevirmək mümkündür.

Naxçıvanda da restavrasiyaya ehtiyacı olan qədim abidələr mövcuddur”.

Asossiasiya sədri tarixi abidələrin düzgün bərpa edilməməsindən narahatdır:

“Tarixi abidələri elə restavrasiya edirlər ki, eləbil indicə tikilib. Axı bu tarixi abidədir, niyə tarixiliyini qorumağı əsas götürmürlər? Məsələn, Şirvavanşahlar sarayının içəri divarlarında uzun 2-3 metr hündürlüyündə daşlar var idi. Bu daşların hamısını doğrayıblar, əsər-əlamət qalmayıb. Yeni bürclər əmələ gətiriblər. O daşlara dəymək olmaz. Yaponlar cihaz hazırlayıblar ki, qədimdən qalan hər hansı abidənin, daşın üzərinə aparatı yerləşdirməklə onun ilini – neçə əsrlər əvvəl hazırlandığını öyrənsinlər. Bizdə çox abidələri restavrasiya edərkən daşları şilələyiblər deyə, onların tarixini öyrənmək qeyri-mümkün məsələyə çevrilir”.

Məqalədə : Şirvanşahlar sarayı 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
42812

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
41150

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
42714

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
42224

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
47707

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
42151

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
42521
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-09-2020 19:44





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru